"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb
(®) “AzerTelecom” və “Kazakhtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsi imzalanıb. Layihənin mühüm hissəsi olan bu müqavilə onun yekunlaşdırılması istiqamətində tərəflərin birgə səylərini və fəaliyyətlərini əks etdirir.
Sənəd “AzerTelecom” şirkətinin daxil olduğu NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç və “Kazaktelecom”un İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev tərəfindən imzalanıb.
Sənəd özündə birgə müəssisənin məqsəd və vəzifələrini, xüsusilə idarəetmə məsələlərini, eləcə də Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisinə və istismarına dair müddəaları əks etdirir.
Transxəzər Fiber-Optik Rabitə Xətti “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin Asiya seqmenti olaraq bağlantı xidmətlərinin göstərilməsi üçün rəqəmsal infrastrukturun inkişafında və Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasında xüsusi rol oynayır.
NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç müqaviləni şərh edərək vurğulayıb ki, Transxəzər Fiber-Optik Rabitə Xətti regionları birləşdirərək və coğrafi sərhədləri aşaraq yüksək tutumlu məlumatların ötürülməsinə imkan verəcək.
“AzerTelecom” və “Kazakhtelecom” arasında əməkdaşlıq yeni bazarlara çıxışın yaradılmasına, ölkələrin internetdən istifadə etməsi, eləcə də məlumatların ötürülməsi imkanlarının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə çəkiləcək ilk sualtı kabel marşrutunun yaradılması, bu layihəni unikal edən amillərdən biridir”, - deyə Vasil Latsaniç bildirib.
“AzerTelecom” şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenkonun sözlərinə görə, birgə müəssisənin yaradılması regionumuzun kommunikasiya infrastrukturunun mənzərəsini dəyişəcək, eləcə də ölkələrin və bizneslərin rəqəmsal inkişafı üçün böyük imkanlara qapı açacaq maraqlı bir səyahətin yeni mərhələsidir.
“Kazakhtelecom” şirkətinin İdarə Heyətinin sədri Kuanışbek Yessekeyev qeyd edib ki, “Kazakhtelecom” və “AzerTelecom” öz sahələrində aparıcı şirkətlər olaraq bu layihənin transformasiya potensialını yüksək qiymətləndirir və onu reallaşdırmaq üçün qüvvələrini birləşdiriblər. “Biz birlikdə Transxəzər Fiber-Optik Rabitə Xəttinin uğurlu tikintisini və istismarını təmin etmək üçün təcrübəmizi, resurslarımızı və baxışımızı birləşdirəcəyik”, - deyə o, qeyd edib.
“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















