KİV: "Taxıl sazişi" Ərdoğanla Putinin görüşündən sonra uzadıla bilər"
Ukrayna taxılını dünya bazarına çıxarılmasını nəzərdə tutan "Taxıl sazişi" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçiriləcək görüşdən sonra uzadıla bilər.
Məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, hazırda bu məsələ ilə bağlı optimizm yoxdur. Rəsmi Moskva indiki şəraitdə sazişin uzadılmasının mümkünsüzlüyünü vurğulayıb. Ukrayna da razılaşmanın müddətinin uzadılmasının şərtlərinin dəyişdirilməsinə qarşı çıxıb.
Məlumata görə, hazırkı mürəkkəb vəziyyəti Türkiyə və Rusiya prezidentlərinin danışığı dəyişə bilər. Bu, yaranmış şərait üçün yeganə ümid mənbəyi sayılır.
Xatırladaq ki, R.T.Ərdoğan iyulun 8-də bildirib ki, sazişin müddəti iyulun 17-də başa çatır: “Rusiya bu müddəti azı 3 ay uzatmalıdır”. Onun sözlərinə görə, Rusiya Prezidenti V.Putin bu ilin avqustunda Türkiyəyə səfər edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərində bildirib ki, dünya “taxıl dəhlizi"nin fəaliyyətin uzadılmasında maraqlıdır. O, bunu sazişin fəaliyyəti heç kimin ovqatından asılı olmamasını da vurğulayıb.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Xatırladaq ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















