Putin-dən VTB ilə bağlı açıqlama
Putin qeyd edib ki, VTB sanksiyalar səbəbindən yaranan əsas çətinlikləri dəf edə bilib"VTB tarixən xarici ticarət fəaliyyətlərinə xidmət üzrə ixtisaslaşıb, ona görə də sanksiyalar səbəbindən yaranan çətinliklərin öhdəsindən gəlmək bank üçün asan olmayıb, lakin onların əksəriyyətinin öhdəsindən gəlib".
Marja xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin VTB-nin rəhbəri Andrey Kostinlə görüşündə deyib.
“VTB tarixən ilk növbədə xarici ticarət fəaliyyətinə xidmət göstərməklə məşğul olub, bu baxımdan o, daha çox bu sahədə çalışan müştərilərlə, xarici infrastrukturla bağlı olub”, - dövlət başçısı iclası açaraq deyib. “Əlbəttə ki, VTB üçün bədxahların bizim üçün yaratdığı çətinliklərdən yayınmaq, bəlkə də, digər maliyyə institutlarına nisbətən daha çətin idi”, - o əlavə edib.
“Bununla belə, sizin səyləriniz və komandanızın səyləri sayəsində əsas çətinliklər aradan qaldırıldı”, - Putin Kostinə müraciət edərək deyib.
Putin hesab edir ki, Rusiyanın maliyyə müstəqilliyinin artması lazımi anda baş verib.
VTB-nin rəhbəri Andrey Kostinin Rusiya prezidenti Vladimir Putinlə görüşü üçün kredit təşkilatının materiallarından belə çıxır ki, VTB Qrupunun ilin birinci yarısında xalis mənfəəti 289 milyard rubla çatıb.
"2023-cü ilin altı ayının yekunlarına əsasən, xalis mənfəət 289 milyard rubl təşkil edəcək. 2023-cü ilin yekunlarına görə, təxminən 400 milyard rubl gözlənilir", - materiallarda deyilir.
Həmçinin, bankın materiallarından məlum olur ki, ilin birinci yarısında 106 mindən çox müştəri VTB-də 550 milyard rubl məbləğində ipoteka götürüb ki, bu da 2022-ci ilin eyni dövrünün nəticələrindən 27% çoxdur. Bankdakı pərakəndə müştərilərin vəsaitlərinin həcmi isə 8 trilyon rublu ötüb.
VTB-nin orta və kiçik biznes müştərilərinin kredit portfeli altı ay ərzində 16% artaraq 2,3 trilyon rublu ötüb.
VTB-nin baş direktoru Andrey Kostin deyib ki,Rusiya bank sektoru, sanksiyalara baxmayaraq, özünü təhlükəsiz hiss edir heç bir problem gözlənilmir. O, bu fikri Rusiya prezidenti Vladimir Putinlə görüşündə bölüşüb.
"Bizim bank sektorumuz özünü təhlükəsiz hiss edir. Mən heç bir problem olacağını düşünmürəm. Baxmayaraq ki, ötən il əmlakımızın əlindən alınması ilə bağlı müəyyən itkilər yaşadıq", - Kostin bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
-
15 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 42 d. əvvəl
- 48 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR












.jpg)











.jpg)


