Azərbaycanın neft-qaz sektorunda məhsul istehsalı azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 34,7 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artmışdır.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda, 25,3 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 3,2 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 88,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,7 faiz, kağız və karton istehsalı 35,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,9 faiz, poliqrafiya məhsullarının istehsalı 33,3 faiz, içkilərin istehsalı 26,5 faiz, neft məhsullarının istehsalı 23,0 faiz, hazır metal məmulatlarının istehsalı 21,5 faiz, tikinti materiallarının istehsalı 20,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,0 faiz, qida məhsullarının istehsalı 11,9 faiz, maşın və avadanlıqların istehsalı 10,9 faiz, mebel istehsalı 7,2 faiz, tütün məmulatlarının istehsalı 7,0 faiz, elektrik avadanlıqlarının istehsalı 6,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,1 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 faiz, əczaçılıq məhsullarının istehsalı 27,3 faiz, sair sənaye məhsullarının istehsalı 29,0 faiz, geyim istehsalı 32,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 33,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 37,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17,0 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)









