MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Türkiyənin Ticarət naziri ilə görüşüb
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli Türkiyə Ticarət naziri Ömər Bolat ilə görüşüb.
Bu haqda TurkicWorld-a MÜSİAD-dan daxil olan məlumatda bildirilir.
Məlumata əsasən görüş , İstanbulda keçirilən “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumu çərçivəsində baş tutub.
“Görüş zamanı Cabirli Ömər Bolata MÜSİAD Azərbaycan fəaliyyəti haqda geniş məlumat verib, qurumun Türkiyə vəAzərbaycan arasında iqtisadi münasibətlərinin dərinləşməsi istiqamətindəki fəaliyətlərini çatdırıb. Görüşdə MÜSİAD-ın vitse-prezidenti Abdurrahman Uzun da iştirak edib”- deyə məlumatda bildirilir.
Qeyd edək ki , Kiçik və Orta Biznesin İnkişiafı Agentliyinin və MÜSİAD-ın tərəfdaşlığı, KOBSKA və MÜSİAD Azərbaycan-ın təşkilatçılığı ilə 13-14 İyul tarixlərində İstanbulda "İş dünyası-100 ilin zirvəsi" adlı forum keçirilir
Məlumat üçün bildirək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır.
Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.
MÜSİAD-ın 82 ölkədə, 164 məntəqədə ümumilikdə 13 min 500 dən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.
Bu il MÜSİAD 33 yaşını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
5 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
7 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
8 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb




















