Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub
Qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edərək 60 min manat tələb edən dəstə üzvləri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə DİN-ə məlumatlar daxil olub. Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60 000 manata satarkən saxlanılıblar.
Onlar məlumat axınının davamlığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10 000 manat ödəniş tələb ediblər.
Faktla bağlı Cinayət Məclləsinin 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə qanunsuz daxilolma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















