"Coca-Cola Azərbaycan" Bakı Dövlət Universitetinin məzunlarının yanındadır
(®) Coca-Cola Azərbaycan uzun illərdir əməkdaşlıq etdiyi Bakı Dövlət Universitetinin Məzun Gününə dəstək olub.
Bakı Dövlət Universitetinin 5500-dən çox məzununun və müəllim heyətinin iştirakı ilə Gimnastika Arenasında təşkil edilən Məzun Günündə Coca-Cola Azərbaycan Music Promonu əhatə edən səhnə qurub və canlı musiqi ilə tədbirə dəstək olub.
Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət məzunların yanında olmaqdan məmnundur:
“Coca-Cola Azərbaycan artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetinin məzun gününün sponsoru olur və gənclərin sevimlisi olan Coca-Cola məhsulları ilə tədbirə töhfəsini verir. Bu il isə həm də kampaniya çərçivəsində musiqi səhnəsi qurulub. Burada məzunlara əsl musiqi möcüzəsi bəxş edilib. Azərbaycanın ən nüfuzlu universitetlərindən olan Bakı Dövlət Universitetinin məzunlarının sevincinə qoşulmaq bizi qürurlandırır. Məzunlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Coca-Cola İçecek-in (CCI) 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinə uyğun olaraq bu ilin yanvar ayında Coca-Cola Azərbaycan Bakı Dövlət Universiteti (BDU) ilə tərəfdaşlıq memorandumu imzalayıb. Memorandum universitet tələbələrinin yerli və beynəlxalq tədbirlərdə iştirak miqyasını genişləndirməyi, onların qida sənayesi sahəsində elmi tədqiqatlar aparmasını və yeni texnologiyaların işlənib hazırlanmasında birgə fəaliyyət göstərməyi nəzərdə tutur.
Xatırladaq ki, Coca-Cola-nın Music Promo kampaniyası artıq ikinci ildir Azərbaycanda keçirilir. Bu il 24 avqusta qədər davam edəcək kampaniyada iştirak etmək üçün 0.5 L həcmində olan “CocaCola Classic”, “CocaCola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarının gümüşü qapaqlarının altındakı promo kodu music.coca-cola.az internet saytında qeydiyyatdan keçirmək kifayətdir. Kampaniyada ümumilikdə 8,232 hədiyyə nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
1 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
14 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
14 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
14 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb











.jpg)









.jpg)





