“Xalq Bank”ın gəlirləri azalıb
Azərbaycanın iri banklarından biri olan “Xalq Bank” 2017-ci ilin birinci yarısını 5 milyon 172 min manat xalis mənfət ilə başa vurub.
“Marja” xəbər verir ki, Bank 2016-cı ilin birinci yarısında 1 milyon 248 min manat xalis mənfəət əldə etmişdi.
2017-ci ilin birinci yarısında “XalqBank”ın cəmi gəlirləri 56 milyon 112 min manat, o cümlədən faiz gəlirləri 50 milyon 566 min manat, qeyri-faiz gəlirləri 5 milyon 546 min manat təşkil edib. Ötən ilin yanvar-iyun dövründə Bankın cəmi gəlirləri 61 milyon 102 min manat, o cümlədən faiz gəlirləri 52 milyon 224 min manat, qeyri-faiz gəlirləri 8 milyon 878 min manat olmuşdu.
Bu il Bank 24 milyon 650 min manat xalis məməliyyat mənfəətinin 19 milyon 487 min manataını depozit, kredit və digər aktivlərdə ehtimal olunan itkilərə görə ehtiyatlara ayırıb. Ötən ilin birinci yarısında “Xalq Bank” 26 milon 93 min manat əməliyyat mənfəətinin 24 milyon 888 min manataını ehtiyatlara ayırmışdı. Ehtiyatlara ayırmaların yüksək qalması ödənməyən kreditlərin və ya alına bilinməyən depozitlərin artdığına işarədir.
AKTİVLƏR, KREDİTLƏR VƏ DEPZOİTLƏR ARTIB
“XalqBank”ın gəlirinin azalmasına baxmayaraq, kredit və depozit portfeli artıb. 30 İyun 2017-ci il tarixində “Xalq Bank” 1 milyard 845 milyon 887 min manat cəmi aktivlərə, 1 milyard 600 milyon 533 min manat öhdəliklərə və 245 milyon 353 min manat cəmi balans kapitalına malik olub. Bank ötən ilin sonunda 1 milyard 668 milyon 620 min manat cəmi aktivlərə, 1 milyard 430 milyon 982 min manat cəmi öhdəliklərə və 237 milyon 638 min manat cəmi balans kapitalına malik idi.
Müqayisə olunan dövrdə Bankın müştərilərə verdiyi kreditlər 1 milyard 274 milyon 525 min manatdan 1 milyard 338 milyon 869 min manata, depozitlər isə 1 milyard 98 milyon 899 min manatdan 1 milyard 230 milyon 598 min manata qalxıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 6 d. əvvəl
- 59 d. əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
5 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
5 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
6 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN






.jpg)
















.jpg)

