“Wolt Market”də tələblərin pozulduğu müəyyən edilib - SAHİBİNƏ VAXT VERİLDİ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Marja.az Agentliyə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən “Volt Services Azərbaycan” MMC-yə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ev 103, giriş 3 ünvanında fəaliyyət göstərən “Wolt Market”də plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ticarət obyektinin satış vitrinlərində yararlılıq müddəti bitmiş hər biri 350 qr olan 2 ədəd “Ülkər” əmtəə nişanlı şokolad yağı və hər biri 1 litr olan 5 ədəd “Final” əmtəə nişanlı qarğıdalı yağı məhsulları aşkarlanıb.
Satışı həyata keçirilən xardal məhsullarının etiket məlumatlarında istehsalçı tərəfindən həmin məhsulların 0 °C - +10 °C dərəcə temperaturda saxlanılmalı olduğu yazıldığı halda, vitrinlərdə +20.9 °C dərəcə temperaturda saxlanıldığı aşkar edilib.
Satış zalında soyuducularda istifadəyə yararsız məhsullarla istehlaka yararlı məhsulların bir yerdə, həmçinin qida məhsullarının ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərində və çirklənmədən mühafizə olunmayacaq şəkildə saxlanıldığı müəyyən olunub.
Satışı həyata keçirilən bir sıra dondurma məhsullarının etiket məlumatlarının Azərbaycan dilinə tərcümə edilmədiyi, eləcə də satış və anbar sahələrinin temperatur və rütubəti ölçən vasitələrlə təchiz olunmadığı aşkarlanıb. Ticarət obyektindən sifariş edilən qida məhsulları daşınan nəqliyyat vasitəsinə baxış keçirilən zaman termoboksun daxili temperaturunun +27 °C dərəcə olduğu (temperatur rejiminin pozulması) və mal qonşuluğu prinsipinə zidd olaraq qida məhsulları ilə qeyri-qida məhsullarının birlikdə daşındığı müəyyən edilib.
Aşkarlanan faktla bağlı protokol tərtib olunub. Eyni zamanda nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib və müvafiq tədbirlərin görülməsi üçün müddət təyin edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























