Azərbaycan BOKT-ları I yarımili mənfəətlə başa vurub
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 26,3 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 0,7 milyon manat xalis zərərlə çıxmışdı.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, yanvar-iyun aylarında BOKT-ların gəlirləri 83,5 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), xərcləri 49,7 milyon manat (76,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,4 milyon manat (3,3 dəfə az), gözlənilməz gəlirləri 0,2 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 4,2 milyon manat (5,3 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 614,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 39,5 % çoxdur. Bunun 456,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 38,9 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 42 % artaraq 359,7 milyon manata, balans kapitalı isə 36,2 % artaraq 254,5 milyon manata çatıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








