Məktəblilər üçün pulsuz layihə başlayıb
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başlayıb.
Proqram çərçivəsində 170 müraciət qeydə alınıb və imtahanlardan uğurla keçən 50 məktəbli layihədə iştirak etmək hüququ qazanıb. Məktəblilər üçün nəzərdə tutulan “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edir. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilir.
Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verir. Eyni zamanda 17-21 iyul tarixlərində Mərkəzi bankla birlikdə uşaqlar üçün “Sahibkarlıq və startup nədir?” mövzusunda info sessiya da təşkil edilib. Tədbirdə uşaqlara Sahibkarlıq və Startuplar barəsində məlumat verilib. Həmçinin Barama mərkəzinin uğurlu startapçıları – “Technote” media platformasının təsisçisi Fərid Pərdəşünas və “Wake Me Up” layihəsinin rəhbəri Şahin Xəlilov öz layihələrini təqdim edərək, uşaqlara sahibkar olmağın sirrlərindən danışıblar.
Əlavə olaraq görüş iştirakçıları maraqlı tapşırıqları yerinə yetirərkən öz ideyalarını da təqdim ediblər. Sonda yay məktəbinin iştirakçıları sertifikatlarla təltif olunublar.
Məlumat üçün bildirək ki, “Coding Kids – Summer IT School” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən ödənişsiz aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






