Ən iri neft ölkəsində "sıfıra yaxın" iqtisadi artım
Beynəlxalq Valyuta Fonduna (BVF) görə, Səudiyyə Ərəbistanı, aşağı neft gəlirləri səbəbiylə bütün il "sıfıra yaxın" iqtisadi artım səviyyəsində qalacağını açıqlayıb.
"Marja" xəbər verir ki, BVF, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltması, neft qiymətlərindəki qeyri-müəyyənlik və ölkənin neft asılılığını azaltmaq üçün digər sahələrdə islahatlar nəzərə alınmaqla hesablama aparıb. Hesablamanın nəticəsində Səudiyyə Ərəbistanının 2017-ci il iqtisadi inkişaf ehtimalı 0,4%-dən 0,1%-ə endirilib.
Vəliəhd Şahzadə Məhəmməd İbn Salmanın arxasında olduğu islahat paketinin büdcə kəsirini bağlamağa kömək edə biləcəyini deyən BVF, qeyri-neft sektorunun inkişafının bu il başlayacağını, ümumi inkişafın da orta perspektivdə möhkəmlənəcəyini bildirib.
Beynəlxalq Valyuta Fondu, keçən il 17,2%-ə çatan büdcə kəsirinin ümumi daxili məhsula nisbətinin 2017-də 9,3%-ə, 2022-də 1%-dən aşağı düşəcəyini açıqlayıb.
BVF həmçinin açıqlamasında, ölkənin istifadə etdiyi sabit dollar məzənəsinin mövcud iqtisadi vəziyyət nəzərə alındıqda uyğun olduğunu bildirib.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 30 d. əvvəl
-
-
1 saat əvvəl
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital-da gender bərabərliyi mövzusunda maarifləndirici seminar keçirilib
-
1 saat əvvəl
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
Ən çox oxunanlar
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxıldı
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
"BOA Agency"də iclasın keçiriləcəyi tarix dəyişdirilib





















