"Azəriqaz" İB-nin “Sayğacların müayinəsi laboratoriyası” Azərbaycan Metrologiya İnstitutuna ötürdü
Laboratoriyanın idarə edilməsinə dair Azərbaycan Metrologiya İnstitutu və “Azəriqaz İB” arasında imzalanmış müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək və həmin tarixdən etibarən qaz sayğaclarına metroloji xidmət Azərbaycan Metrologiya İnstitutu tərəfindən təmin ediləcək.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz" İstehsalat Birliyi arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçiriləcək.
Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir. Müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək.
“Azəriqaz” İB ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi əsasında Azərbaycan Metrologiya İnstitutu tərəfindən “Sayğacların müayinəsi laboratoriyası”nın metroloji xidmət fəaliyyətinin idarə olunması, qanunvericiliyə uyğun olaraq ölçmə vasitələri və sınaq avadanlıqlarının yoxlanılması işlərinə nəzarətin artırılması etibarlı nəticələrin əldə edilməsi, ümumi proseslərin təkmilləşdirilməsi və səmərəliliyin artırılması, habelə məişət istehlakçılarının və sahibkarların hüquq və mənafelərinin etibarlı müdafiəsinə töhfə verəcək.
Qeyd edək ki, bu prosesin gələcəkdə digər kommunal xidmət sahələrini də əhatə etməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir






















