Azərbaycan Akkreditasiya Mərkəzi ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb
Sənədə əsasən, tərəflər elmi-texniki məsələlər üzrə birgə məsləhətləşmələr, təcrübə mübadiləsi həyata keçirəcək, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və SOCAR-ın nümayəndə heyəti arasında görüş keçirilib.
Dövlət Xidmətinin yaydığı məlumata görə, görüşdə Dövlət Xidməti tərəfindən istehlakçıların tələbatının qabaqcıl ölkələr səviyyəsində təminatı üçün keyfiyyət infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Həmçinin uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesi üzrə prioritet məsələlər müzakirə olunub. Bildirilib ki, ölkədə akkreditasiya sisteminin Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC) tələblərinə uyğun təşkil edilməsi, akkreditasiya prosesinin sonunda veriləcək qərarların əsaslılığının təmin edilməsi üçün AzAK-a yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi zəruridir.
Görüşdə həmçinin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ölkənin neft-qaz və neft-kimya sənayesi sahəsində ixtisaslı kadrların hazırlanması üzrə keçirdiyi təlimlərin əhəmiyyəti də vurğulanıb.
Sonda AzAK və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər elmi-texniki məsələlər üzrə birgə məsləhətləşmələr, təcrübə mübadiləsi, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 saat sonra
-
- 29 d. sonra
- 53 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanlıların Türkiyədən ev alışında Oktyabr rekordu
Starbucks-ın baristaları böyük aksiyaya hazırlaşır
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir






















.jpg)

