"Avropa iqtisadiyyatı böyük problemlərlə üzləşəcək. Tənəzzül riski artır"
Artan enerji qiymətləri, dövlət dəstəyi tədbirlərinin kəsilməsi və yüksək faiz dərəcələri səbəbindən Avropa İttifaqının (Aİ) ümumi daxili məhsulu (ÜDM) 2024-cü ildə 5% azalma riski altındadır. Bütün bu amillər böyük tənəzzül riskini artırır.
Yüksək faiz dərəcələri, inflyasiya, artan enerji qiymətləri, dövlət dəstəyi tədbirlərinin kəsilməsi Avropa İttifaqında böyük tənəzzül riskini artırır.
Marja xəbər verir ki, Bloomberg Economics-in analitikləri bu qənaətə gəliblər.
Ekspertlərin proqnozlarına görə, artan borclanma xərclərinin gecikmiş təsiri 2024-cü ildə pik həddə çatacaq ki, bu da ÜDM-i 3,8% azaldacaq. Dəstək tədbirlərinin ləğvi və enerji qiymətlərinin dinamikası bu rəqəmi 5%-ə qədər yüksəldə bilər.
Tədqiqatın həmmüəllifi Jamie Rush deyir ki, Avropa iqtisadiyyatı üzrə gələn il üçün ən yaxşı ssenari “yumşaq eniş”dir. Bu termin iqtisadiyyatın yavaş artıma, sonra isə tənəzzülə yaxınlaşan, lakin ondan qaçaraq potensial olaraq sabitliyə keçid prosesi kimi başa düşülür. Ekspert xəbərdarlıq edib ki, yüksək faiz dərəcələri iqtisadiyyata zərər verə bilər və “yüksək borc yükü olan, ciddi büdcə məhdudiyyətləri ilə üzləşən hökumətlər bizim öyrəşdiyimiz stabilləşdirici rolu yerinə yetirə bilməzlər”.
Agentlik bildirir ki, Avropa Mərkəzi Bankı (ECB) və maliyyə nazirlikləri iqtisadiyyatın dayanıqlığını və bu amillər altında tənəzzüldən qaçmaq qabiliyyətini sınayacaq çətin vəziyyətlə üzləşirlər.
"Bruegel" analitik mərkəzinin baş elmi işçisi Qreqori Kleis bildirib ki, qarşıdakı 12 ayda Avropa İttifaqının iqtisadiyyatı monetar və fiskal siyasətlərin sərtləşdirilməsi qərarlarının ən böyük təsiri dövrü ilə üzləşəcək. “Düzünü desəm, bir az narahatam”, -o əlavə edib.
İyulun sonunda Avropa İttifaqında faiz dərəcəsi ard-arda doqquzuncu dəfə qaldırılanda ECB-nin rəhbəri Kristin Laqard iqtisadi mənzərənin pisləşdiyini etiraf edib və sentyabrda da uçot dərəcəsinin yenidən qaldırılacağını istisna etməyib. ECB inflyasiya ilə mübarizə aparmaq üçün iqtisadi artımı "qurban verməyə" çağırıb.
Çin də iqtisadi çətinliklərlə üzləşir: məsələn, ötən ikinci rübdə ölkənin ÜDM-i ilk üç ayla müqayisədə cəmi 0,8% artıb. Ölənin Siyasi Bürosu koronavirusdan sonra bərpanın ağrılı sürətlə getdiyini etiraf etmək məcburiyyətində qalıb.
Çin səlahiyyətliləri iqtisadi vəziyyətin mənfi işıqlandırılmasını gizli şəkildə qadağan etməklə cavab verib. Yerli iqtisadçılar Pekinin təzyiqindən danışıblar, onlar bu səbəbdən şərh verməkdən imtina ediblər.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
5 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
