Neftdə son üç ildə ilk illik bahalaşma
Neft, OPEC və digər iri istehsalçı ölkələrin bazara sabitlik qazandırmaq və qlobal ehtiyatları azaltmaq üçün gələn ay başlayacaqları hasilatın azaldılması öncəsi, son üç ildə ilk illik qazancını reallaşdırmağa yönəlib.
Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 614,000 barel artıb. Bu, Yanvar ayından bu yana ən aşağı artımdır. Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ehtiyatların 1.5 milyon barrel aşağı düşməsi gözlənilirdi. Özəl sektorun açıqladığı məlumatlara görə, ehtiyatlar 4.2 milyon barel artım göstərmişdi.
Neft, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və qrupa daxil olmayan 11 istehsalçı ölkənin təklif artığını azaltmaq üçün hasilatı azaltmaqda razılığa gəlməsi ilə birlikdə 2009-dan bu yana ən böyük illik qazancını reallaşdırmağa yönəlib. ABŞ-da xam neft ehtiyatları, EIA-nın 1982-ci ildən bu yana topladığı həftəlik məlumatlara görə, 30 ildən çox müddətin mövsümi olaraq ən yüksək səviyyəsində qalır.
Bu gün Qərbi Texas nefti (WTI), Nymex birjasında 15 sent yüksələrək 53.92 dollara çıxıb.
Brent nefti, Londonda ICE Futures Europe birjasında 6 sent yüksələrək bareli 56.91 dollaradək qalxıb. Qiymətlər bu il 60% civarında artıb. Brent neftin qiyməti bu ilin 20 Yanvar tarixində 34 dollar səviyyələrinədək düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)








