Rusiyanın çay və qəhvə istehsalçıları rublun ucuzlaşması ilə əlaqədar qiymətləri artırırlar

Rusiya Federasiyasının çay və qəhvə istehsalçıları rublun zəifləməsi və istehsal xərclərinin artması səbəbindən öz məhsullarının satış qiymətlərini tədricən artırırlar.
Marja.az xəbər verir ki. bu barədə sənayedəki nümayəndələr RİA Novosti-yə məlumat veriblər.
"Orimi" şirkətlər qrupu ("Greenfield", "Tess", "Princess Nouri" çay brendləri, "Jardin coffee", "Jockey") tərəfdaşları ilə bəzi çay və qəhvə məhsulları qruplarının satış qiymətlərinin 4-5% artırılmasını müzakirə edir.
Öz növbəsində, “May” (Май) şirkətinin mətbuat xidməti (“Mayski”, “Lisma”, “Richard”, "Curtis" çay markaları) sentyabrın 1-dən satış qiymətlərinin 6-9% artırılmasının nəzərdə tutulduğu barədə məlumatı təsdiqləyib.
“Kommersant” çərşənbə günü yazıb ki, əsas çay və qəhvə istehsalçıları rublun zəifləməsi və kakao paxlası məhsuldarlığının azalması səbəbindən qiymətlərin artması fonunda sentyabr ayından etibarən pərakəndə satış qiymətlərini artırıacaqlar. "Rusiya istehlakçılarının müxtəlif qiymət kateqoriyalarında çay və qəhvə əldə etmək imkanı var", - Rusiya Kənd Təsərrüfatı Nazirliyi daha sonra şərh edərək, belə məhsulların qiymətinə ilk növbədə ölkədə istehsal olunmayan xammalın maya dəyərinin təsir etdiyini bildirib.
"İyun ayında biz tərəfdaşlarımızı çay və qəhvə məhsullarının bəzi qrupları üzrə satış qiymətlərində orta hesabla 4-5% artımla bağlı xəbərdar etmişik. Lakin bu, qiymətlərin birdən-birə qaldırıldığı anlamına gəlmir - bu, daha uzun prosesdir, qiymət artımları müzakirə olunur və mərhələli şəkildə baş verir”, - "Orimi" şirkətlər qrupunun mətbuat xidmətindən bildiriblər.
Onlar izah ediblər ki, qiymət artımı dolların bahalaşması və nəticədə xammalın bahalaşması ilə bağlıdır, çünki bütün çay və qəhvə istehsal edən ölkələr dollar ilə ticarət aparırlar.
Bundan əlavə, qiymətlərə yükdaşımanın bahalaşması və çatdırılma müddətinin artması təsir edir. "Bununla belə, qiymət artımı inflyasiya səviyyəsindən xeyli aşağıdır, çünki Rusiya Federasiyasında istehsal olunan çay və qəhvə məhsullarının maya dəyərinin təxminən 20-40%-ni təşkil edən əhəmiyyətli rubl komponenti kəskin qiymət artımının qarşısını almağa imkan verir",- mətbuat xidməti əlavə edib.
Qeyd edək ki, xəbərdə adı çəkilən Rusiyanın çay istehsalçılarının məhsulları Azərbaycan bazarında da satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
6 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 9 d. əvvəl
- 21 d. əvvəl
- 34 d. əvvəl
- 40 d. əvvəl
-
44 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
