Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da İstehlak Qiymətləri İndeksinin (CPI) proqnozların altında açıqlanmasına baxmayaraq dollar indeksində artım tendensiyası davam edir.
Ölkə üzrə CPI iyul ayında aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 3.2%, İstehlak Qiymətləri Baza İndeksi isə iyul ayında aylıq müqayisədə 0.2%, illik müqayisədə 4.7% artıb.
İyun ayında 3%-ə qədər azalan istehlak qiymətlərindəki artımın iyul ayında sürətləndiyinə diqqət çəkən analitiklər, baza təsirinə görə inflyasiyanın 12 aylıq ardıcıl enişinin bir qədər səngidiyini bildiriblər.
Avqustun 5-də bitən həftədə ABŞ-da ilk dəfə işsizlik müavinatı üçün müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 21 min nəfər artaraq 248 min nəfərə yüksəlib.
Sentyabr ayında ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) toplantısına işarə edən analitiklər, bazar proqnozlarının altında gələn inflyasiya məlumatlarının və artan işsizlik müavinəti müraciətlərinin FED-in pul-kredit siyasətini daha da sərtləşdirməkdən qaça biləcəyi ehtimallarını gücləndirdiyini bildirib.
Digər tərəfdən, federal hökumətin büdcə kəsiri iyul ayında proqnozlaşdırılandan daha çox olub - 221 milyard dollar.
San-Fransisko FED sədri Meri Deyli də CPI məlumatlarının böyük ölçüdə ehtimallara yaxın açıqlanmasına diqqət çəkərək, baza inflyasiyanı azaltmaqda qərarlı olduqlarını vurğulayıb.
Sentyabr ayında FED toplantısına qədər daha bir çox məlumatın açıqlanacağını ifadə edən Deyli, faiz dərəcəsini sabit saxlamaq üçün inflyasiyanın istiqamətini tamamilə aşağıya doğru görmək istədiklərini qeyd edib.
Deyli bildirib ki, hələlik faiz endirimləri haqqında danışmaq tezdir.
Qeyd edək ki, hazırda 102.60 bənd hədlərində dalğalanan DXY-da “Buğalar” qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 33 d. əvvəl
- 39 d. əvvəl
-
42 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb






.jpg)










.jpg)







