"Bir neçə ölkədə fəaliyyətə başlamışıq, Azərbaycan məhsullarını ixrac etməyi planlaşdırırıq" - MÜSAHİBƏ

Gənc sahibkar, 10 ildən çoxdur ki, tikinti materialları bazarında, təmir-tikinti sektorunda fəaliyyət göstərən Orxan Quluzadə ilə müsahibəni təqdim edirik.
- Orxan bəy, tikinti sektoru Azərbaycanda qeyri-neft sektorunun ən çox inkişaf etmiş sahələrindəndir. Sahibkar kimi bu istiqaməti seçməyinizə hansı amillər təsir edib? Sizin şirkətinizi bazardakı digər rəqiblərdən fəqləndirən amillər hansılardır?
- Həqiqəqtən, tikinti və təmir-tikinti materialları sektoru Azərbaycanın qeyri-neft sektorunun ən öndə gələn sahələrindəndir. Bir sahibkar kimi bu istiqaməti seçməyimin səbəbi isə təmir-tikinti materiallarına tələbatın artması, ölkədə təmir-tikinti sənayesinin güclənməsi, ölkədə iqtisadi islahatların aparılması, kölgə iqtisadiyyatının qarşısının alınması və ümumi daxili məhsulun artımı ilə bağlıdır. Bazarda bizim şirkəti digər rəqiblərdən fərqləndirən ən vacib amil bizim 3 şüarımızdır: müddət, qiymət və keyfiyyət. Bizim şirkət çoxşaxəli şirkətdir. Şirkətimiz həm təmir-tikinti xidmətləri göstərir, həm də təmir-tikinti materiallarının Korporativ, Topdan və pərakəndə satış ilə məşğuldur. Tikinti sektorunda ən önəmli amillər münasib qiymət, yüksək keyfiyyət və qısa müddət ərzində layihələrin icra olunmasıdır. Distributorluq tərəfində isə tərəfdaşlarımıza güvən verərək, onların ticarətlərinə tövhə verməkdir.
- Qlobal proseslər digər sahələr kimi tikinti materialları sektoruna da təsirsiz ötüşməyib. Hazırda tikinti sənayesinin üzləşdiyi ən mühüm problemlər hansılardır?
- Dünya bazarında müəyyən xammalların qiymətlərinin artması ilə məhsulların maya dəyərləri bahalaşıb və Azərbaycana idxal olunan müəyyən məhsulların qiymətlərində də dəyişikliklər müşahidə olunur. Azərbaycana idxal olunan məhsulların böyük əksəriyyəti qardaş ölkə Türkiyədən və qonşu ölkə Rusiyadan idxal olunur. Qardaş ölkədə baş verən bədbəxt hadisə - zəlzələ nəticəsində təmir-tikinti materiallarına tələbat artıb. Buna görə də, Azərbaycan və digər ölkələrə ixrac olunan məhsulların qiymətində müəyyən artımlar müşahidə olunur. Digər tərəfdən isə sanksiyalara məruz qalan Rusiyada məzənnə fərqlərinə görə bəzi hallarda müəyyən sərfəli şərtlərlə tikinti materialları idxal edilir.
- Sektorda baş verən yenilikləri izləmək üçün strategiyalardan istifadə edirsiniz? Yeni trendlərə uyğunlaşmaq üçün hansısa xarici layihələrlə, qurumlarla əməkdaşlıq edirsiniz mi? Və ya belə bir əməkdaşlıq planda varmı?
- Təbii ki, sektorda baş verən yeniliklərlə bağlı biz də öz strategiyamızı təkminləşdiririk. Yeni trendləri izləyirik və hər hansısa faydalı məlumat əldə etdikdə onu öz strategiyamızda tətbiq etməyə çalışırıq. Ötən il bir neçə xarici şirkətlə əməkdaşlıq etmişik və layihələrimiz uğurla nəticələnib. Cari ildə də bir neçə xarici şirkətlə istər sənaye, istərsə də təmir-tikinti sahəsində danışıqlarımız davam edir. Düşünürük ki, ən qısa zamanda hər hansı müqavilələrin imzalanmasına nail olacağıq.
- Təmir-tikinti materialları və tikinti sektorundakı fəaliyyətinizi xarici bazara çıxarmağı düşünürsünüz mü? Ümumiyyətlə, qarşıdan gələn əlamətdar layihələr və ya genişləndirmə planları haqqında məlumat verə bilərsinizmi?
-Daha öncə də qeyd etdiyim kimi, bizim şirkət çoxşaxəli şirkətdir və bizim fəaliyyət növlərimiz bir neçə kateqoriyaya bölünür. Bura daxildir - təmir-tikinti xidmətləri, təmir-tikinti materiallarının distributorluğu və təchizat. Hal-hazırda müəyyən xarici ölkələrə Azərbaycanda emal olan məhsulları ixrac etməyi planlaşdırırıq. Bu istiqamətdə işlərə artıq start verilib. Bir neçə ölkədə fəaliyyət göstərməyə başlamışıq. Sənədləşmə prosesləri yerinə yetirilib və ən qısa zamanda müəyyən layihələrin qalibi olmağımızı ümid edirik.
- Orxan bəy, müsahibə üçün təşəkkür edirik.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 28 d. əvvəl
-
- 33 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
1 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
2 saat əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
2 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
Son Xəbərlər

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı
Ən çox oxunanlar

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
