Dövlət Xidmətində Özbəkistanın Texniki Tənzimləmə üzrə Agentliyinin rəhbərliyi ilə görüş keçirilib
AZSTAND və O’ZTTA arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətində Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Texniki Tənzimləmə üzrə Agentliyinin (O’ZTTA) rəhbərliyi ilə görüş keçirilib.
Görüş zamanı Dövlət Xidməti tərəfindən keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, həmçinin qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tərəflər, həmçinin iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Ölkəmizə səfər çərçivəsində Özbəkistanın Texniki Tənzimləmə Agentliyinin rəhbərliyi Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma İnsultunda (AZSTAND) da görüş keçiriliblər. Görüşün sonunda AZSTAND və O’ZTTA arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədə əsasən, tərəflər texniki reqlamentlər və onların istinad standartlarının hazırlanması, qəbulu və tətbiqi sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcək, həmçinin dövri nəşrlərin mübadiləsi, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq edəcəklər.
Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və O’ZTTA nümayəndələri arasında görüşdə isə uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























