Türkiyə Mərkəzi Bankının sürpriz qərarından sonra Lirə bahalaşdı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı gözlənilməz şəkildə faizini kəskin artırıb. İqtisadçılar və bazarlar Mərkəzi Bankın faizini 2,50 faiz bəndi artıraraq 17,50 faizdən 20 faizə qaldıracağını gözləyirdilər. Türkiyə Mərkəzi Bankı isə sürpriz şəkildə faizini 7,50 faiz bəndi artıraraq 25 faizə çatdırıb. Faizin kəskin artırılması Türk Lirəsinin bahalaşmasına səbəb olub.
Xəbər verdiyimiz kimi, bu gün sürpriz şəkildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Bankın uçot dərəcəsini 20 faizə qədər artıracağı proqnozlaşdırılırdı. TCMB-nin yeni administrasiya iyun ayında işə başlayanda uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi.
Marja.az xəbər verir ki, TCMB-nin faiz qərarı açıqlanmamışdan əvvəl Dollar/Türk Lirəsi məzənnəsi 27,2493 lirə səviyyəsini görmüşdü. Qərardan sonra məzənnə 26 lirə səviyyəsindən də aşağı düşüb və 25,2528 lirə olub (saat 16:53-ə olan məlumat). Türk Lirəsi Dollar qarşısında 6,6 faiz bahalaşıb.
Qeyd edək ki, adətən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması kreditlərin bahalaşması, ümumi tələbin azalması və işsizlin artmasına səbəb olur. Nəticədə inflyasiya aşağı düşür və Mərkəzi Bank öz hədəfinə çata bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 10 d. əvvəl
-
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Ən çox oxunanlar

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
