Hindistan düyü ixracını məhdudlaşdırır - Azərbaycanda bu məhsul bahalaşacaq?
Bu günlərdə Hindistan hökuməti ərzaq təhlükəsizliyini təmin etmək üçün ölkədən düyü ixracına məhdudiyyətlər qoyub, tədarükün təxminən 1/3-ni təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib.
Bundan əvvəl - ötən ay isə rəsmi Dehli "Basmati" növü istisna olmaqla, ölkədən ağ düyünün ixracına qadağa qoymuşdu.
Bəs bu qərarlar Hindistan düyüsünün idxalçılarından biri olan Azərbaycanda bahalaşmaya səbəb ola bilərmi?
Rəsmi statistikaya əsasən, Azərbaycan ötən il 42,55 milyon ABŞ dolları dəyərində 50 min 236 ton düyü idxal edib ki, bunun 34,4 milyon ABŞ dolları dəyərində 37 min 586 tonluq hissəsini, yəni 74,8 %-i Hindistandan alıb. Bu ilin I yarısında isə Azərbaycanın düyü idxalının 87,8 %-i Hindistanın payına düşüb. 6 ay ərzində ölkəyə 32,5 milyon ABŞ dolları dəyərində 36,43 min ton, o cümlədən Hindistandan 28,85 milyon ABŞ dolları dəyərində 32 min ton düyü gətirilib.
"Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev hesab edir ki, gələn ilin yazına qədər ölkədə düyünün qiymətində ciddi artım olmayacaq:
"Yerli düyünün bazara çıxması ilə qiymət artımının qarşısını nisbətən ala biləcəyik. Artıq çəltik yığımına başlamışıq və oktyabrın sonuna qədər proses bitəcək. Bundan sonra həm köhnə, həm də təzə yığılan məhsulların emalına başlanılacaq və onlar bazara çıxarılacaq. Azərbaycanın illik çəltik istehsalı təqribən 14-15 min tondur. Bu rəqəmi 15-20 min tona çatdırsaq, düyünün qiymətinin tənzimlənməsinə kömək edəcək. Bu il bir az çətinliklər oldu. Gübrənin qiymətinin artması istehsala mənfi təsir etdi. Amma istehsalçılarımızın sayı artıb. Bu, bizə daha artıq məhsul əldə etməyə imkan verir".
Onun sözlərinə görə, hazırda Azərbaycanın düyüyə olan illik tələbatı 45-50 min tondur:
"Bunun təxminən 15 %-ni daxili imkanlar hesabına təmin edə bilirik. Bu, çəltikçiliyə dövlət dəstəyi sayəsində mümkündür. Əhalinin bu sahəyə maraq artıb. Artıq çəltiyin emal sənayesini qurmaqla məşğuluq. Ölkəmizdə təqribən 4-4,5 min hektar ərazidə çəltik əkilir. Bu, azdır və artırmalıyıq. Çəltikçiliyin inkişafı üçün torpaq-iqlim potensialımız var. Lənkəran-Astara, Biləsuvar, Salyan, İmişli, Şəki-Zaqatala, Ağdaş kimi bölgələrimizdə çəltikçilik üçün imkanlar var. Çəltik sahələrinin bir hektarına görə fermerlərə dövlət 360 manat subsidiya verir. Amma gübrə qiymətinin artması ilə əlaqədar Assosiasiya olaraq dövlət qarşısında məsələ qaldırmışıq ki, bizə istehsal xərclərimizin 30-40 %-i qarşılığında subsidiya verilsin. Suvarma sistemi və texnika təminatı yaxşılaşsa, yaxın gələcəkdə tələbatımızın 50 %-ni yerli istehsal hesabına təmin edə bilərik”.
“Azərbaycanda qanunla kənd təsərrüfatı məhsullarının istehsalı ƏDV-dən azad edilsə də, nədənsə bu çəltikçiliyə və düyü istehsalına şamil edilmir”, - deyə R.Əliyev əlavə edib.
©"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
5 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
5 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır















.jpg)



