Apple-a Çin zərbəsi
ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple”ın bazar dəyəri Çinin dövlət qurumlarında “iPhone” istifadəsinə qadağa qoyması iddialarından sonra iki gündə 200 milyard dollar azalıb.Apple-ın səhmlərinin dəyəri son iki gündə 6 faizdən çox ucuzlaşıb.
Marja.az xəbər verir ki, Çinin dövlət qurumlarında və şirkətlərində iPhone istifadəsinə qadağa qoymağa başladığı barədə xəbərdən sonra Apple-ın bazar dəyəri iki gündə 200 milyard dollar düşüb.
Bildirilib ki, Çin hökuməti dövlət strukturlarında və dövlət şirkətlərində iPhone istifadəsinə qoyulan qadağanı genişləndirir.
Bu tədbir Pekin administrasiyasının texnologiyada xaricdən asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq üçün son səylərinin bir hissəsi hesab olunur.
Maraqlıdır ki, Çinin addımları ABŞ-ın Çin texnologiya şirkəti Huawei və sosial media platforması TikTok-a tətbiq etdiyi oxşar qadağalardan sonra atılıb.
ABŞ və Çin arasındakı gərginliyə baxmayaraq, Apple Çində 22 faizlə smartfon satışında ən böyük paya sahibdir.
Smartfonlarının əhəmiyyətli bir hissəsini Çində subpodratçılar vasitəsilə istehsal edən Apple şirkəti gəlirinin 19 faizini də Çin bazarından təmin edir.
Bank of America hesab edir ki, Çin Apple-ın illik iPhone satışlarının 50 milyonunu təşkil edir və belə bir qadağa Apple-a ildə 5-10 milyon ədədə başa gələ bilər.
Çin hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, Apple məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Həmçinin oxu
Çin iPhone qadağasını genişləndirməyi planlaşdırırMüştərilərin xəbərləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Ən çox oxunanlar
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb







.jpg)








.jpg)







