Fitch Türkiyənin reytinq proqnozunu yüksəldib
"Fitch" kredit reytinqi agentliyi Türkiyənin kredit reytinqini yenidən "B" olaraq təsdiqləyib və 2 ildən sonra reytinq proqnozunu "neqativ"dən "stabil"ə yüksəlidib.
Marja.az xəbər verir ki, proqnozun "stabil" olaraq dəyişdirilməsinin səbəbi "qısamüddətli makro-maliyyə sabitliyi risklərini azaldan və tədiyə balansı təzyiqlərini yüngülləşdirən daha ənənəvi və ardıcıl siyasət kompleksinə qayıdışı əks etdirməsi"dir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 2023-cü ilin sonuna qədər uçot dərəcəsini 35 faizə yüksəldəcəyini və 2024-cü ildə də bu səviyyədə qalacağını bildirən Fitch, pul siyasətinin sərtləşdirilməsinin gələcək tempi və müddəti ilə bağlı yüksək qeyri-müəyyənliklərin olduğuna diqqət çəkib.
Yüksək inflyasiyanın ən böyük risk və problem olaraq qaldığını qeyd edən "Fitch"in il sonu inflyasiya proqnozu 65 faizdir.
"Fitch" Türkiyədə 2023-cü ildə 4,3 faiz, 2024-cü ildə isə 3 faiz iqtisadi artım gözləyir.
Ümumi beynəlxalq ehtiyatların may ayının ortalarından nəzərəçarpacaq dərəcədə bərpa olunduğu və 2023-cü ilin sonuna kimi 115 milyard dollara çata biləcəyi proqnozlaşdırılır.
Fitch-in mümkün reytinq yüksəldilməsinə səbəb ola biləcək amillərə də toxunub - mövcud siyasətin normallaşdırılması və balanslaşdırılması prosesinin davamlılığına inamın artması və bunun nəticəsində makroiqtisadi sabitliyin, o cümlədən inflyasiyanın davamlı azalması müsbət təsir göstərə bilər.
Açıqlamada bildirilib ki, cari əməliyyatlar kəsirinin davamlı olaraq kiçilməsi, kapital daxilolmalarının artması, beynəlxalq ehtiyatların səviyyəsi və tərkibində yaxşılaşmalar və dollarlaşmanın azalması nəticəsində xarici kövrəkliklərin azalması reytinqin mümkün yüksəldilməsinə səbəb ola bilər.
Fitch 2021-ci ilin dekabrında reytinq proqnozunu "neqativ"ə dəyişmiş, keçən ilin iyulunda isə kredit reytinqini "B+-dan "B"yə endirmişdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















