Ciddə aeroportunun nümayəndə heyəti Bakı hava limanını ziyarət edib
Heydər Əliyev Beynəlxalq Aeroportuna Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) yerləşən Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının aviaşirkətlər komitəsinin nümayəndə heyəti və hava limanının administrasiyasının vitse-prezidenti rəsmi səfər ediblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, səfər zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov nümayəndə heyətinə Bakı hava limanının fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə tanışlıq Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turist axınının inkişafı üçün yeni imkanlar açacaq.
Hava limanına uğurlu səfərin təşkilinə görə nümayəndə heyəti dərin minnətdarlığını ifadə edərək bunu yüksək peşəkarlığının və səmərəli əməyinin nümunəsi kimi qiymətləndirilib. Həmçinin, Bakı hava limanının əməkdaşlarına təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu müasir infrastrukturu, yüksək xidməti və davamlı inkişafa sadiqliyi ilə aparıcı beynəlxalq aviaşirkətlərin və hava limanlarının diqqətini cəlb edir ki, bu da ona yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








