Rublun qəfil bahalaşmasının sirri açıqlanıb
Bu gün Moskva birjasında ticarət zamanı avronun məzənnəsi iyulun 28-dən bəri ilk dəfə olaraq 100 rubldan,dolların məzənnəsi avqustun 18-dən bəri ilk dəfə olaraq 93 rubldan, yuanın məzənnəsi isə avqustun 25-dən bəri ilk dəfə olaraq 13 rubldan aşağı düşüb. Dünən də Rubl bahalaşıb.
Marja.az-ın məlumatına görə, rusiyalı iqtisadçı və maliyyəçi Konstantin Tserazov bildirib ki, Rusiya Mərkəzi Bankının faiz artıracağı gözləntiləri, ixracatçılardan xarici valyuta təklifinin artması və daxili statistikada müsbət xəbərlər rublun bu həftənin əvvəlində möhkəmlənməsinə səbəb olub. Hər şey yaxşı getsə, yaxın həftələrdə dollar 90 rubla kimi ucuzlaşa bilər.
"Son günlər rəsmi qurumların hərəkətləri və ritorikası avqustun ortalarında baş verənlərə bərabərdir. Hər iki vaxtda dollar/rubl məzənnəsi 100-ə yaxın olub. Bu, onu göstərir ki, bu səviyyə qırmızı xəttdir, son dərəcə arzuolunmaz hesab olunur”, - deyə o düşünür.
Sentyabrın 15-də keçiriləcək növbəti iclasda Rusiya Mərkəzi Bankı uçot dərəcəsini yenidən 2 bənd artıraraq 14 faizə qaldıra bilər. Bu, rubl əmanətlərinin cəlbediciliyini artıra, kreditləşməni yavaşlada, idxal və xarici valyutaya tələbi azalda bilər. Qeyd edək ki, 15 avqustda Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında uçot dərəcəsini illik 8,5%-dən 12%-ə qaldırıb.
İxracatçılardan xarici valyuta təklifinin artması (neftin dünya qiymətlərinin artması fonunda Brent və Urals arasında endirimin azalması) və Rusiya Mərkəzi Bankı tərəfindən xarici valyuta satışlarının müvəqqəti artması, habelə idxalçılar və möhtəkirlərin valyuta tələbinin azalması Rublu dəstəkləyir.
Tserazov əlavə edib ki, Rusiya büdcəsinin profisitə qaytarılması, həmçinin VTB-nin rəhbəri Andrey Kostinin "rublla xaricə vəsaitlərin köçürülməsinə mümkün limitlərin tətbiqi" barədə təklifi Rusiya valyutasına əlavə dəstək verir.
"Rublun bahalaşmasının qalıcı olub-olmayacağı rəsmilərin rublu dəstəkləmək əzminindən asılıdır. Əgər Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırılmış səviyyədə saxlasa, ixracatçılar kifayət qədər xarici valyuta tədarükünü saxlasalar və kapitalın xaricə çıxışını məhdudlaşdırmaq üçün əlavə tədbirlər görülsə, o zaman yaxın aylarda rublun məzənnəsinin daha da sabitləşməsinin şahidi ola bilərik",- iqtisadçı hesab edir.
Onun sözlərinə görə, yaxın bir neçə həftə ərzində bir dolların 90 rubla çatması tamamilə mümkün görünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)







.jpg)







