Yeni Apple Watch-lar nəyi bacarır?
(®) Bu gün Azərbaycanda Apple-ın bu il sentyabrın 12-də təqdim etdiyi “Apple Watch Series 9” və “Apple Watch Ultra 2” smart saatlarının satışına başlanılıb. Sizi bütün dünyada insanların növbə çəkdiyi yeni məhsullarla yaxından tanış olmağa dəvət edirik.
Yeni fantastik idarəetmə üsulu
Apple Watch Series 9 və Apple Watch Ultra 2-də ən çox müzakirə olunan yenilik tətbiq edilən iki dəfə toxunma jestidir. Bu, gələcək haqqında filmlərdə olduğu kimi, ekrana toxunmadan saatınızı idarə etməyin az qala sehrli yoludur. Zəngə cavab vermək, bildiriş açmaq, musiqiyə fasilə vermək və s. üçün sadəcə baş və şəhadət barmağınızı iki dəfə birləşdirmək kifayətdir. Beləliklə, əlinizdə körpəniz, aldığınız əşyalar və ya qanteliniz olsa belə, yenə də əlaqədə qalacaqsınız!
Bu və digər əvvəllər mövcud olmayan funksiyaları reallaşdırmaq yeni güclü S9 SiP prosessoru sayəsində mümkün olub.
Həmçinin, innovativ çip və həssas sensorlarla saat indi sağlamlığınızın həm fiziki, həm də psixoloji vəziyyətini daha effektiv şəkildə izləyəcək. Məsələn, ürək döyüntüsünü, qanda oksigenin səviyyəsini, əhval-ruhiyyəni, yuxu keyfiyyətini və temperaturu. Bu da ailə planlaşdırılmasında faydalı olacaq. Yeri gəlmişkən, saat İnternet olmadan da Siri ilə işləyə bilər.
Ən son modellərdə daha hansı faydalı yenilikləri tapmaq olar? Gəlin nəzərdən keçirək.
Apple Watch Series 9

Always-On funksiyasıyla təkmilləşdirilmiş Retina displeyi iki dəfə daha parlaq olub, bu da saatın gün işığında istifadəsini xeyli asanlaşdırır. Ekranın təhlükəsizliyindən narahat olmaq lazım deyil, çünki o, möhkəm, qırılmaya davamlı sapfir şüşə ilə təchiz olunub.
Çox sayda proqram və məşq gündəlikləri, hansı idman növü ilə məşğul olmağınızdan asılı olmayaraq, məşqinizin effektivliyini artıracaqdır. Apple Watch Series 9 50 m. dərinliyə qədər suya davamlıdır, buna görə də saatınızı çıxarmadan su idman növləri ilə məşğul ola bilərsiniz.
Ətraf mühitə əhəmiyyət verirsinizsə, Watch Series 9-un korpusunun 100% təkrar emal edilmiş alüminiumdan hazırlandığını bilməkdən də məmnun olacaqsınız. Bu, Apple-ın ilk karbon neytral məhsuludur. Bu o deməkdir ki, onun istehsalı atmosferə atılan istixana qazlarının miqdarını artırmır.
Apple Watch Ultra 2
Apple bu saatı öz məhsul xəttində ən etibarlı və universal adlandırır. Yüngül titan korpus möhkəmdir və korroziyaya davamlıdır. Korpusun dizaynı sapfir şüşəni istənilən zədədən qoruyur. Yeni məhsul Apple Watch tarixində ən böyük və ən parlaq ekrana malikdir.
Apple Watch Ultra 2 ideal məşq tərəfdaşıdır. Enerjiyə qənaət rejimində o, 72 saata qədər işləyəcək. "Oflayn" olmaqdan narahat olmaq lazım deyil, çünki saat artıq internet bağlantısı olmadan da işləyə bilər. Digər faydalı xüsusiyyətlər arasında digər saatdan fərqli olaraq sıx şəhər ərazilərində heyrətamiz dərəcədə dəqiq naviqasiya daxildir.
İstehsalçının öz sözlərinə görə, Ultra 2 müxtəlif ətraf mühüt şəraitlərinə, yüksəkliklərə və temperaturlara tab gətirmək üçün yaradılıb. Onlar -20 ° C-dən 55 ° C-ə qədər olan temperaturda, dəniz səviyyəsindən 500 m qədər dərinlikdə aşağıda, 9000 m qədər yüksəklikdə, 40 m-ə qədər suya batırılmış vəziyyətdə fasiləsiz işləyirlər.
Xüsusi diqqəti Apple Watch Ultra 2 üçün təkrar emal edilmiş materiallardan hazırlanmış kəmərlər layiqdir. Alpine Loop – tekstil materialdan hazırlanmış və daha etibarlı fiksasiya üçün “G” hərfi şəklində qarmaqla olan yüngül, ancaq möhkəm kəmər – açıq havada hər cür macəra üçün uyğundur. Trail Loop – rahat tənzimlənən ultra nazik və elastik kəmər – gündəlik istifadə və aktiv məşqlər üçün yaradılıb. Ocean Band isə həvəskar dayvinq və sürətli su idman növləri üçün idealdır

Sizə hansı saat yaraşacaq və onları haradan əldə etmək olar?
Daha çox şəhərdə olursunuz, lakin aktiv həyat tərzi sürür və sağlamlığınızın qayğısına qalırsınız? Onda sizə dəbli Apple Watch Series 9 yaraşacaq.
Ekstremal idmanı, səyahətləri və macəraları sevirsiniz, sağlamlığınızın qeydinə qalırsınız və qısa müddətdə maksimum məlumat almaq istəyirsiniz? Apple Watch Ultra 2-yə diqqət yetirin.
Yeni Apple Watch-lar sentyabrın 29-dan Apple-ın Azərbaycanda rəsmi resellerlərində satışa çıxarılıb: iSpace, Kontakt Home, Irshad, Baku Electronics, Bytelecom, Myshops, Soliton, Maxi. Satışın ilk günlərində alıcıları sərfəli təklif gözləyir – yalnız 1 oktyabradək “Birbank” taksit kartlarından istifadə etməklə məhsulları 30 aylıq faizsiz taksitlə əldə etmək olar.
Beləliklə, yeni bir Apple saatı xəyal edirsinizsə, indi xəyalınızı gerçəkləşdirmək üçün ən yaxşı vaxtdır.
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
-
8 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
8 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
8 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
10 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
10 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
Ən çox oxunanlar
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!



















