Kapital Bank 9 ayı 182 milyon manat xalis mənfəət ilə bağlayıb
"Kapital Bank" ASC 2023-cü ilin 9 ayını 182 milyon 12 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 210 milyon 609 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması xərclərin gəlirlərdən daha çox artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha çox vəsait ayrılması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 843 milyon 526 min manat, cəmi əməliyyat xərcləri 527 milyon 876 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 315 milyon 651 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 80 milyon 288 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 64 milyon 782 min manat mənfəət vergisi ödəyib.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Kapital Bank"ın faiz gəlirləri 67 milyon 41 min manat, qeyri-faiz gəlirləri 43 milyon 666 min manat olmaqla, cəmi gəlirləri 110 milyon 707 min manat artıb. Həmçinin Bankın faiz xərcləri 12 milyon 533 min manat, qeyri-faiz xərcləri 115 milyon 50 min manat olmaqla, cəmi əməliyyat xərcləri 127 milyon 583 min manat artıb. "Kapital Bank"ın xərcləri gəlirlərindən daha çox artdığından əməliyyat mənfəəti 16 milyon 876 min manat azalıb.
Bankın müştərilərə verdiyi kreditlər (kredit portfeli) ötən ilin 9 ayının yekunu ilə müqayisədə 682 milyon 422 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 3 milyard 916 milyon 565 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 281 milyon 715 min manat artaraq 2 milyard 148 milyon 372 min manata, biznes kreditləri portfeli 237 milyon 69 min manat artaraq 1 milyard 229 milyon 189 min manata, ipoteka kreditləri portfeli isə 163 milyon 638 min manat artaraq 539 milyon 4 min manata yüksəlib.
Müqayisə olunan dövrdə Bankın cəmi aktivləri 737 milyon 977 min manat artaraq 8 milyard 459 milyon 440 min manata qalxıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir






















