"Azərbaycanın Ən Yaxşı İdarə Edilən Şirkətləri -2024" müsabiqəsi elan olundu

“PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən “Azerbaijan Best Managed Companies 2024” müsabiqəsi elan olunub.
Marja.az xəbər verir ki, bu biznes müsabiqəsi illik gəliri 20 milyon AZN-dən çox olan Azərbaycanın özəl şirkətlərinin tanınması üçün nəzərdə tutulub.
“Best Managed Companies” layihəsi, Deloitte şirkətinin istənilən miqyasda özəl şirkətlər üçün xidmət göstərən xüsusi bölməsi olan Deloitte Private tərəfindən təqdim edilmiş ən qabaqcıl proqramdır. Proqramın Azərbaycanda sponsoru Deloitte Private, PAŞA Bank, tərəfdaşları ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziyadır.
Deloitte Azərbaycanın İdarəedici Partnyoru Nuran Kərimov böyük məmnunluq hissi ilə bildirdi ki, 30 il ərzində 46 ölkədə uğurla tanınan “Best Managed Companies” layihəsi Azərbaycanda artıq iki ildir keçirilir və müvəffəqiyyətlə üçüncü ilinə keçid alır. Burada əsas hədəfimiz Azərbaycanda sahibkarlığa dəstək olmaqdır. Bu biznes müsabiqəsində iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər yaradılır. Layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşır və praktiki tövsiyələr verirlər. Qalibləri Azərbaycanda peşəkarlığı ilə tanınmış üzvlərdən ibarət müstəqil hakimlər heyəti müəyyən edir. Biz ölkəmizin özəl sektorda olan şirkətlərini bu nüfuzlu yarışmada iştirak etməyə dəvət edirik.
“Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank bizneslərin dayanıqlı inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə daima dəstək verir. Belə layihələrin arasında “Best Managed Companies” platforması xüsusi rola malikdir. Bu layihə iqtisadiyyatın real sektorunun inkişafına əlavə stimuldur. Proqram biznes subyektlərinin korporativ idarəetmə, insan resurslarının idarə edilməsi, likvidliyin idarə olunması, kapitalın idarə edilməsi sahələrini təkmilləşdirmələrinə böyük töhfə verir. Bu birmənalı olaraq Azərbaycan iqtisadiyyatının sağlam inkişafına və sabitliyinə təsir edir. Bunu nəzərə alaraq, PAŞA Bank Deloitte şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın inkişafına dəstək göstərməyə davam edəcək,” - deyə, PAŞA Bankın İdarə Heyətinin Sədri Cavid Quliyev vurğulayıb.
“Azerbaijan Best Managed Companies” müsabiqəsi Azərbaycanın özəl şirkətlərinin idarəetmə strukturunu qiymətləndirir və onların üstünlüyünü tanıdır. PAŞA Bankın dəstəyi ilə Deloitte Azərbaycan tərəfindən həyata keçirilən bu müsabiqə şirkətin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirir. Proqrama qatılan şirkətlər müsabiqədə qalib olmaq üçün ciddi seçim prosesindən keçməklə yarışacaqlar. Bu zaman həmin şirkətlərin rəhbərlərinin bacarıqları və təcrübəsi, həmçinin şirkətin strategiyası, insan kapitalının inkişafı, innovasiya, mədəniyyət və maliyyə göstəriciləri qiymətləndiriləcək.
PAŞA Bankın və Deloitte Azərbaycanın sıx əməkdaşlığın nəticəsində 2021-ci ildən Azərbaycanda keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 5 şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif edilmişdir. Bu şirkətlər iki il ardıcıl olaraq qalib olan METAK və Veysəloğlu Şirkətlər Qrupu, 2022-ci il ildə ilk dəfə iştirak edərək qalib olan SƏBA və 2023-cü ildə ilk dəfə qalib olan AVRORA Qrup və NORM Sement şirkətləridir.
“Best Managed Companies” mükafat programı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABD, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.
Daha ətraflı məlumat və müsabiqədə iştirak üçün sayta keçid alın: Azərbaycanın Ən Yaxşı İdarə Edilən Şirkətləri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
1 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
2 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
2 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
3 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
3 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
3 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
