Pekində Azərbaycanın “China Energy” şirkəti ilə əməkdaşlığı müzakirə edilib
Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy International Group Co.Ltd” şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.
Marja.az xəbər verir ki, görüşdə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib.
Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib.
Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” barədə məlumat verilib.
“China Energy” şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, “yaşıl enerji”nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















