Hava gəmilərinin dövlət reyestri aparılacaq, sertifikatlaşdırılacaq
Hava gəmilərinin dövlət reyestri aparılacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasına mənsub hava gəmiləri dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmiləri dövlət uçotuna alınmalıdır.
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hava gəmisi Azərbaycan Respublikasının milli mənsubiyyətini daşıyır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət qeydiyyatına alınmış mülki hava gəmilərinə qeydiyyat sertifikatı verir və onları mülki hava gəmilərinin dövlət reyestrinə daxil edir.
Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, o cümlədən mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Hava gəmisi dövlət reyestrindən çıxarıldıqda, onun qeydiyyat sertifikatı hüquqi qüvvəsini itirir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır. Bu zaman dövlət reyestrindən çıxarılmış hava gəmisinin sahibinə dövlət reyestrindən çıxarılması haqqında çıxarış verilir.
Hava gəmilərinin sertifikatlaşdırılması da həyata keçiriləcək. Layihəyə əsasən, növ sertifikatına malik olan mülki hava gəmisi yalnız uçuşa yararlılıq sertifikatına və ya xüsusi uçuş icazəsinə malik olduqda istismar oluna bilər.
Uçuşa yararlılıq sertifikatı və ya xüsusi uçuş icazəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən növ sertifikatı tanınmış mülki hava gəmilərinə verilir.
Mülki hava gəmilərinin növ dizaynında dəyişiklik və ya onların təmiri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun həyata keçirilir.
Mülki hava gəmilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat verilir.
Bortunda radioavadanlıq quraşdırılmış mülki hava gəmilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən radioavadanlıq sertifikatı verilir.
Mülki hava gəmilərinə bu Qanunda nəzərdə tutulmuş sertifikatların verilməsi qaydası, habelə mülki hava gəmilərinə dair uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























