Neft "nəfəs alır"
Neft, İsrailin Qəzzaya qurudan hücumunu müvəqqəti təxirə saldıqdan sonra ucuzlaşıb.İsrail və HƏMAS arasındakı münaqişənin digər ölkələrə, o cümlədən İrana təsirinə dair narahatlıqlar ilə əlaqədar olaraq Brent təxminən 8 faiz bahalaşmışdı.
Marja xəbər verir ki, Yaxın Şərq dünya xam neftinin təxminən üçdə birini təmin edir. Bazar üçün əsas risk Vaşinqtonun sanksiyalara məruz qalmış İran neftinə qarşı yoxlamalarını artırması və Tehranın əsas daşıma marşrutlarını pozması ola bilər.
İsrailin Qəzza zolağına çoxdan gözlənilən quru hücumu HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün səylərə vaxt qazanmaq üçün təxirə salınıb.
Bazar strategiyası üzrə mütəxəssislər bildirir ki, humanitar yardım və girovların azad edilməsinə diqqət yetirildiyi üçün neft "nəfəs alır". İndi bazarlar İsrailin mümkün quru hücumunun olub-olmayacağına baxırlar. Quru höcumu münaqişəni daha da gərginləşdirə bilər.
Brent neftin bir barel 92 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 10:10-da Brent nefti 1%-ə yaxın ucuzlaşama ilə 91,30 dollardan ticarət olunub.
Neft investorları müharibə səbəbindən qiymətlərin yüksələcəyi üzrə mövqelərini artırıblar. Ötən həftə xam neftin volatilliyi də artıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















