Elektron Auksion Portalından qısa zamanda yüksək göstəricilər
Əsas hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesini daha effektiv və çevik başa çatdırmaq olan Əmanətlərin Sığortalanması Fondu 2023-cü ilin aprel ayında vətəndaşların istifadəsinə təqdim etdiyi Elektron Auksion Portalı bu istiqamətdə atılan uğurlu layihələrdən biri olaraq olduqca müsbət nəticələrə nail olub.
Marja.az xəbər verir ki, bu, Fondun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, qısa müddət ərzində geniş auditoriya kütləsinin diqqətini cəlb edən bu platformanın əsas məqsədi ləğv prosesində olan bankların birbaşa satışı nəzərdə tutulan daşınar əmlaklarının satışını şəffaf şəkildə həyata keçirməkdir.
Qısa zaman ərzində, ölkə əhalisinin böyük maraq dairəsinə çevrilən Portalda elektron həyata keçirilən auksionlarda yüzlərlə istifadəçi tərəfindən böyük məbləğdə məhsul alışı həyata keçirilib.
Qeyd edək ki, fiziki və hüquqi şəxslər Elektron Auksion Portalından müvafiq qaydada qeydiyyatdan keçməklə istifadə edirlər. Həmçinin istifadəçilər auksiona qatılmadan seçdiyi əmlaka təyin edilən məbləği ödəyərək həmin əmlakı əldə edə bilərlər. Auksion portalı haqqında məlumat, iştirak şərtləri və qeydiyyat qaydaları hər bir şəxsə aydın olacaq üslubda veb saytda (auction.adif.az) yerləşdirilmişdir. Portalda ləğv prosesində olan bankların birbaşa satışı nəzərdə tutulan daşınar əmlakları müxtəlif kateqoriyalara bölünmüşdür. Bununla da istifadəçilər auksionda iştirak etməklə və ya birbaşa satın almaqla müxtəlif növ İT avandanlıqlarını, (kompüter, printer, skanner və s.) bank avadanlıqlarını, ofis və mebel dəstlərini, məişət avadanlıqlarını və digər məhsulları vaxtlarına qənaət edərək sərfəli qiymətlə əldə edə bilərlər.
Əgər siz də vaxtınıza, pulunuza qənaət etmək istəyirsinizsə, heç yerə getmədən evinizdən və ya ofisinizdən həftənin 7 günü, günün 24 saatı “Elektron Auksion Portalı”na (auction.adif.az) daxil olaraq ləğv prosesində olan bankların daşınar əmlaklarını istər hərrac, istərsə də birbaşa satış vasitəsilə əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, əlavə məlumat və yeniliklərdən xəbərdar olmaq istədiyiniz təqdirdə Elektron Auksion Portalının sosial media hesablarına nəzər yetirə bilərsiniz. Həmçinin Elektron Auksion Portalının rəsmi veb saytında olan “chat” bölməsinə yaza və ya qaynar xətt nömrəsinə (+994555000941) zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 49 d. əvvəl
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



























