Vəhşi heyvanların hücumundan dəyən zərərlər üzrə fermerlərə ödənişlər başlanıb
Azərbaycanda vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərə görə fermerlərə ödənişlərin edilməsinə başlanılıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, indiyədək sığortalanan təsərrüfatlarda vəhşi heyvanların hücumu nəticəsində 14 hadisə qeydə alınıb. Vəhşi heyvanların hücumları Hacıqabul, Zəngilan və Laçın rayonlarındakı təsərrüfatlarda baş verib. Bəzi hadisələrə görə ödənişlər edilib, digər hadisələr üzrə isə ödənişlərin həyata keçirilməsi üzrə zəruri sənədlər toplanılır.
Qaydalara görə, aqrar sığorta südlük və ətlik mal-qaranı, eləcə də xırdabuynuzlu heyvanları əhatə edir. Sığorta tarifi fermerin seçdiyi sığorta zərfindən asılı olaraq 6,1-9,5% arasında dəyişir. Sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, qiyməti 2000 manat olan mal-qaranın ümumi sığorta haqqı 122-190 manat arasında dəyişir. Fermer isə bu məbləğin yalnız 50%-ni ödəyərək təsərrüfatını sığorta edə bilər. Məsələn qiyməti 300 manat olan qoyunu sığota etmək üçün isə ümumi sığorta haqqı 18-28 manat, fermerin ödədiyi məbləğ 9-14 manat təşkil edir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı heyvanlarının tələf olması üzrə fermer və təsərrüfatlara ümumilikdə 624 min manat sığorta ödənişi həyata keçirilib. Kənd təsərrüfatı heyvanlarının sığorta şərtləri və sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az/heyvandarliq) və Heyvandarlıq kalkulyatoru vasitəsilə almaq mümkündür.
Xatırladaq ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta vasitəsilə əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığorta çərçivəsində heyvanlar yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakət, yanğın, üçüncü şəxslərin hərəkətləri ilə yanaşı, vəhşi heyvanların hücumundan da sığortalanır.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
3 d. əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
11 d. əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
24 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 27 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Ən çox oxunanlar
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti



















