Laqard: Qlobal iqtisadiyyat rəqib bloklara parçalanır
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard qlobal iqtisadiyyatın rəqib bloklara bölünməsinin əlamətlərinin getdikcə artdığını deyib. O, “Avropa hazırda kritik yol ayrıcındadır - qloballaşma, demoqrafiya və dekarbonizasiya kimi bir sıra ümumi problemlərlə üzləşir", - bildirib.
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avropa Bankçılıq Konqresindəki çıxış edib.
Marja xəbər verir ki, o çıxışında ""Qlobal iqtisadiyyatın rəqabət aparan bloklara parçalanmasına dair artan işarələr var" deyib və əlavə edib:
"Avropa indi kritik mərhələdədir - deqloballaşma, demoqrafiya və dekarbonizasiya kimi bir sıra ümumi problemlərlə üzləşir. Biz çoxdan gözlənilən demoqrafik uçurum nöqtəsinə yaxınlaşırıq. Avro zonasıında 15-64 yaşlı əmək qabiliyyətli əhalinin sayında 2025-ci ildən etibarən davamlı azalma başlaya bilər. İqlim fəlakətlərinin təsiri və iqlimlə bağlı tədbirlərə ehtiyac hər il artır. Yeni ticarət maneələri yarandıqca, biz təchizat zəncirlərini yenidən qiymətləndirməli və daha təhlükəsiz, daha səmərəli və coğrafi baxımdan daha yaxın olanlara sərmayə qoymalıyıq. Bu problemlərin həlli eyni vaxtda nəsillərin səyi və qısa müddət ərzində böyük investisiyalar tələb edir".
Laqard qeyd edib ki, Avropa Komissiyası 2030-cu ilə qədər yalnız yaşıl transformasiya üçün hər il orta hesabla 620 milyard avro, rəqəmsal transformasiya üçün isə 125 milyard avro əlavə investisiya tələb olunduğunu müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
37 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 40 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
