Rövşən Abdullaoğlunun imza mərasimində izdiham
Rövşən Abdullaoğlunun imza mərasimi 6 saat davam edib. Rövşən Abdullaoğlu “Ən çox oxunan müəllif” nominasiyasının qalibi olubMüasir ədəbiyyatımızın ən çox oxunan müəlliflərindən olan Rövşən Abdullaoğlunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11-15 noyabr tarixlərində təşkil etdiyi IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oxucularla görüşü və imza mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində baş tutan görüşdə bu dəfə də böyük izdiham yaşanıb. Yüzlərlə oxucunun iştirakı ilə keçək müzakirə və sual-cavab saatının ardınca imza mərasimi baş tutub. Günorta saat 2-də başlayan imza mərasimi axşam saat 8-də yekunlaşıb.
Tədbir zamanı Rövşən Abdullaoğlu yeni layihələri, üzərində işlədiyi kitablar, planlaşdırdığı səfərlər haqqında məlumat verib. Daha sonra bir neçə gün əvvəl müjdəsini verdiyi uşaq kitablarını sərgi salonunda oxucularına təqdim edib. Yazıçı Afrika səfərlərinin bəhrəsi olan və 6 kitabdan ibarət “Ləpirçinin macəraları” silsiləsindən hələlik ilk 2 kitabın – “Xilaskar” və “İlk səfər” nağıllarının işıq üzü gördüyünü bildirib. O, gələcək yaradıcılığında uşaq kitablarına, xüsusilə uşaqların fərdi inkişafına yönəlmiş əsərlərə yer verəcəyini qeyd edib.
Son illərin ən çox satılan əsəri “Bu şəhərdə kimsə yoxdur” romanı haqqında sualı cavablandırarkən isə R.Abdullaoğlu tezliklə adıçəkilən əsərin əsasında teleserial çəkiləcəyini və artıq bununla bağlı yerli telekanallardan biri ilə razılaşdıqlarını da açıqlayıb. Serialın artıq bu ilin sonlarında yayımlanmağa başlanacağı gözlənilir.
Müəllif “Relslər üzərinə uzanmış adam” romanının da ssenarisini Mədəniyyət Nazirliyinin keçirdiyi film müsabiqəsinə təqdim edildiyini də bildirib.
Qeyd edək ki, beş gün davam edən sərgidə Mədəniyyət Nazirliyinin apardığı sorğuya əsasən, Rövşən Abdullaoğlu “Ən çox oxunan müəllif” nominasiyasının qalibi olub. Bununla əlaqədar yazıçı nazirlik tərəfindən xüsusi mukafata layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 d. əvvəl
- 31 d. əvvəl
-
55 d. əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
Ən çox oxunanlar
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)













.jpg)






