Qazaxda havanı çirkləndirən asfalt zavodunun fəaliyyəti dayandırılıb
Qazax rayonu ərazisində havaya normadan artıq tüstü buraxdığına görə asfalt zavodunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Marja xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu günlərdə sosial şəbəkələrdə yayılan görüntü Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. Məlum olub ki, sözügedən görüntü bu ilin avqust ayında çəkilib. Elə həmin ayda keçirilən monitorinqlər zamanı 28 saylı yol istismarı idarəsinin balansında olan asfalt zavodundan havaya tüstünün atıldığı müəyyən edilib.
Araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olduğu, lakin filtrlərinin dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tüstünün yayıldığı məlum olub və faktla bağlı akt tərtib olunub. Noyabrın 17-də isə asfalt zavodun qaz-toz tutucu qurğusunun filtrləri dəyişdirilib. Zavodun rəhbərliyinə məcburi göstəriş verilib və fəaliyyəti müvəqqəti dayandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
51 d. əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Ən çox oxunanlar
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir



















