"Azərbaycanda fermerlər hələ də ənənəvi yollarla əkirlər"
Azərbaycandakı kiçik və orta fermerlər hələ də ənənəvi əkinçilik təcrübəsindən istifadə edir, torpağın sağlamlığının artırılması kimi faydalar barədə məlumatlı deyil.
Bu barədə Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair "İqlim və İnkişaf Hesabatı"nda (CCDR) bildirilir.
Sənəddə deyilir ki, təhsil və məlumatlılığın azlığı dayanıqlılığın artması və daha yüksək məhsuldarlıq potensialını özündə birləşdirən yeni bitkilərin tətbiqini məhdudlaşdırır.
"Azərbaycanın kənd təsərrüfatı sektorunun dayanıqlılığı üçün əsas maneələrdən biri kiçik və orta fermerlərin bacarıqlarının çatışmazlığıdır. Kiçik və orta fermerlərin məhsuldarlığın artırılması imkanlarını onların müasir istehsal sistemləri və bazar tələbləri barədə biliklərinin az olması məhdudlaşdırır. Dayanıqlılığı artırmaq üçün damcılı suvarma və digər iqlimə optimallaşdırılmış kənd təsərrüfatı (İOKT) kimi texnologiya və təcrübələrin tətbiqi haqqında da bunu demək olar. Məhsuldarlığı artırmaq və iqlim dəyişmələrinə qarşı dayanıqlılıq yaratmaq üçün KOB-ların bacarıqların inkişaf etdirilməsi və genişləndirmə xidmətləri sahəsində dəstəyə ehtiyacı var. Fermerlərin dəstəyə (xüsusilə toxum və gübrə) çıxışı ilə yanaşı, bu çatışmazlıqların aradan qaldırılması məqsədi ilə cavab tədbirləri həyata keçirmək üçün kadr və maliyyə resursları olmayan genişləndirmə sistemindən asılıdır. Bu potensialı gücləndirmək üçün hazırda dövlətin həyata keçirdiyi tədbirlər olmadığı üçün özəl sektordakı müxtəlif subyektlər öz müvəqqəti tədbirləri vasitəsilə cavab tədbirləri həyata keçirir. Daha iri aqrobiznes müəssisələrinin bəziləri öz heyətləri və təchizatçı fermerlər üçün təlim keçmələri üçün beynəlxalq mütəxəssislər gətirir. Bostançılığın inkişafına dəstək üçün yaradılmış bir sıra ticarət birlikləri də eyni işi görür. Lakin yeni yaradılmış birliklərin bu sektorlara dəstək göstərmək üçün təcrübə və resursları yoxdur. Təşviq olunmalarına baxmayaraq, bu təşəbbüslərin əhatə dairəsi məhduddur (tələbata uyğun olaraq bir neçə fermerin əhatə olunması), onlar qısamüddətlidir və konkret məhsullarla əlaqədardır", - deyə hesabatda qeyd olunub.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







