Azərbaycanda baramanı yığan şirkətin satışdan gəliri kəskin azalıb, zərəri artıb
"Azəripək" MMC 2022-ci ili 203 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 194 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Azəripək" şirkətinin xalis zərəri 2022-ci ildə 2021-ci illə müqayisədə 4,1% artıb.
Marja.az xəbər verir ki, "Azəripək" MMC-nin satışdan gəliri 2021-ci ildə 7 milyon 714 min manat ikən, 2022-ci ildə 4 milyon 42 min manat təşkil edib (3 milyon 672 min manat və ya 47,6% azalıb).
"Azəripək" MMC-nin satışın maya dəyəri və inzibati xərcləri gəlirlərini üstələdiyindən zərər ilə fəaliyyət göstərməkdədir.
"Azəripək" MMC-nin əsas fəaliyyət istiqamətləri fermerlərdən baramanın yığılması, ipək və ipək məhsullarının emalı, istehsalı və satışıdır. Şirkət dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində fəaliyyət göstərib.
Hesabatda qeyd edilib ki, Dünya bazarında ipəyin qiyməti 2022-ci il ərzində bir ton üçün 70.2 ABŞ dollarından 61.1 ABŞ dollarına qədər azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 14 d. əvvəl
- 25 d. əvvəl
- 35 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib

























