1,5 milyard manat böyüklükdə olan dövlət şirkətinin xərcləri şişib, əməliyyat mənfəəti azalıb
2022-ci ildə dövlətə məxsus "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əməliyyat mənfəəti azalıb. Buna səbəb satışın maya dəyərinin bahalaşması, inzibati xərclərin artmasıdır.
Marja.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "Azərbaycan Sənaye Korporasiyası"nın əməliyyat mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 7 milyon 289 min manat və ya 12% azalaraq 53 milyon 558 min manat təşkil edib. ASC 2021-ci ildə 60 milyon 847 min manat əməliyyat mənfəəti əldə etmişdi.
Ötən il "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin cəmi əməliyyat gəlirləri (satışdan gəlirləri) 434 milyon 197 min manat, cəmi əməliyyat xərcləri 380 milyon 639 min manat təşkil edib. 2021-ci ildə şirkətin cəmi əməliyyat gəlirləri 429 milyon 156 min manat, cəmi əməliyyat xərcləri 368 milyon 309 min manat təşkil etmişdi. Gəlirlərin 5 milyon 41 min manat artmasına qarşılıq, xərclər 12 milyon 330 min manat artıb. Xərclərin artması gəlirlərin artmasının üstələdiyindən "Azərbaycan Sənaye Korporasiyası"nın əməliyyat mənfəəti azalıb.
"Azərbaycan Sənaye Korporasiyası” gəlirlərinin böyük hissəsini alüminium məhsullarının və pambıq məhsullarının satışından əldə edir. Belə ki, 2022-ci ildə gəlirlərin 279 milyon 656 min manatı alüminium məhsullarının satışından, 113 milyon 575 min manatı pambıq məhsullarının satışından, 10 milyon 302 min manatı şüşə və banka məhsullarının satışından, 9 milyon 260 min manatı tütün məhsullarının satışından, 6 milyon 270 min manatı kimyəvi maddələrin satışından, 4 milyon 42 min manatı süd məhsullarının satışından və 2 milyon 371 min manat icarə xidmətlərindən əldə edilib.
Hesabatda qeyd edilib ki, Qrupun əməliyyatları qlobal alüminium və alüminium oksidinin qiymətlərindən çox asılıdır. Alüminiumun qiyməti 2022-ci il ərzində bir ton üçün təxminən 3 800 ABŞ dolları məbləğinə yüksəlmiş və sonra ilin sonuna qədər 2 400 ABŞ dolları məbləğinə enmişdir. 2022-ci il ərzində xam pambığın bir tonunun qiyməti 2 910 ABŞ dollarından 2 210 ABŞ dollarına düşmüşdür. Dünya bazarında ipəyin qiyməti 2022-ci il ərzində bir ton üçün 70.2 ABŞ dollarından 61.1 ABŞ dollarına qədər azalmışdır.
"Azərbaycan Sənaye Korporasiyası” ASC 2022-ci ili 46 milyon 202 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 44 milyon 99 min manat xalis mənfəəti ilə bağlamışdı. Xalis mənfəətin 2 milyon 103 min manat artması maliyyə xərclərinin və mənfəət vergisi xərcinin artması ilə bərabər digər gəlirlər əldə etməsilə əlaqədardır.
ŞİRKƏT KİÇİLİB
31 Dekabr 2022-ci il tarixində "Azərbaycan Sənaye Korporasiyası" ASC 1 milyard 501 milyon 19 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 1 milyard 507 milyon 128 min manat cəmi aktivlərə malik idi. Ötən il cəmi aktivlərin 730 milyon 577 min manatını investisiya mülkiyyəti təşkil edib. 2021-ci ilin sonunda Korporasiyanın törəmə müəssisələrinin sayı 19 ikən, 2022-ci ilin sonunda 15 təşkil edib. Ötən il 1 müəssisə özəlləşdirilib, 4 müəssisə birləşdirilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC 100% Azərbaycan Respublikasına məxsusdur. 06 noyabr 2017-ci il tarixindən indiyədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 14 d. əvvəl
- 25 d. əvvəl
- 35 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib






















