"Azərbaycana gələn turistlərin əksəriyyəti ölkəmizə heyran olur, xoş hisslərlə ayrılırlar"
Fuad Nağıyev: Qarabağ Universitetində turizmlə bağlı da ixtisaslar olacaq.
"Əsas məqsədimiz Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda, ölkədən xoş hisslərlə ayrılırlar".
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə çıxışı zamanı deyib.
O deyib ki, bununla yanaşı, turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də insan resursları və keyfiyyətli kadr potensialının mövcudluğudur. Turizm birbaşa xidmət sahəsi olduğu üçün burada insan resursları amili digər sənaye sahələrindən daha çox rol oynayır.
Fuad Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyinin tabeliyində hazırda 3 turizm təhsili ocağı fəaliyyət göstərir:
"Bunların tərkibinə ali təhsil orqanı kimi bir universitet, bir kollec və bir turizm peşə məktəbi daxildir. Ümumiyyətlə isə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda cənab Prezident Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Bu universitetdə turizmlə bağlı da ixtisaslar olacaq.
Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insan çalışır.
Bununla belə, sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir.
Bu görüş turizm təhsili verən yerli və xarici ali təhsil ocaqlarının bilik və təcrübə mübadiləsinin aparılması baxımından vacib görüşdür. Sabah tədbirin 2-ci günündə qəbul ediləcək “Bakı Bəyannaməsi” ilə bir daha qeyd olunan məqamlar üzrə əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi öz əksini tapacaq. Mən bir daha bütün üzvləri bu münasibətlə təbrik etmək istəyirəm".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır
Ən çox oxunanlar

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
