“Yeni klinika”da Ambulator klinika istifadəyə verilib
“Yeni klinika”da Ambulator klinika (bir günlük cərrahiyyə) sisteminin tətbiqinə başlanılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilən məlumata görə, bu yenilik çərçivəsində xəstələrin əməliyyata qəbul olunduğu gün evə buraxılması nəzərdə tutulur.
Son illər cərrahiyyədə stasionar yatış xidmətlərindən bir günlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir. Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır.
Belə ki, laparoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması və digər yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olub.
Cərrahi texnologiyanın, anesteziya və analgeziya üsullarının inkişafı, tibbi sığorta sistemindəki yeniliklər, səhiyyə xidməti alan insanların prioritetlərindəki dəyişikliklər (iş mühitinə erkən qayıtma istəyi) ambulator cərrahiyyənin həkimlər, tibb bacıları ilə yanaşı, cəmiyyət tərəfindən də qəbul edilməsinə gətirib çıxarıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















