Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində dekabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, Nazirlər Kabinetinin 2023-cü il 1 dekabr tarixli Qərarı ilə “Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Agentliyin fəaliyyət istiqaməti muxtar respublika ərazisində geoloji tədqiqatları təşkil etmək, yer təkinin öyrənilməsi ilə əlaqədar işləri həyata keçirmək və müvafiq xəritələri tərtib etməkdən ibarətdir. Həmçinin süxurların tərkibində qara, əlvan və nəcib metalların miqdarını müəyyən etmək, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji və geoekoloji öyrənilmə istiqamətində işlər agentlik tərəfindən həyata keçiriləcək.
“Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziriliyi haqqında Əsasnamənin və nazirliyin strukturunun təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 2023-cü il 8 dekabr tarixində Sərəncamı imzalanıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları(dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla, Nazirliyin işçilərinin ümumi say tərkibi barədə təkliflərini, o cümlədə müvafiq qərar layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Bundan başqa, Nazirlər Kabinetinin “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Naxçıvan Yun Tədarükü və Qəbulu İdarəsinin yaradılması barədə” qərarları ləğv edilib.
“Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi və ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 2023-cü il 11 dekabr tarixində Sərəncam imzalanıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Ədliyyə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
“Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı ləğv edilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
22 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 36 d. əvvəl
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib




















