Azərbaycanın şirkətlər qrupu 63 ədəd yük avtomobili aldı - SAZİŞ İMZALANDI
“Veysəloğlu” yaşıl iqtisadiyyatla bağlı beynəlxalq şirkətlə əməkdaşlığa başlayıb. Şirkətlər Qrupu 63 ədəd yeni çoxtemperaturlu yük avtomobili ilə atmosferə buraxılan karbon emissiyasının azaldılmasına töhfə verməyə çalışır.Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” MMC ilə beynəlxalq şirkət olan “Gorica Group” arasındakı anlaşmaya əsasən 63 ədəd 5 və 11 ton tutumlu çoxtemperaturlu yük avtomobili alınıb.
Bu avtomobillər sayəsində müxtəlif temperaturlarda daşınmalı olan məhsullar vahid səfərdə daşına biləcəyi üçün yollarda gedilən məsafə, dolayısı ilə isə atmosferə buraxılan karbon emissiyası azalır.
Şirkətlər arasında sazişi Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov və “Gorica” Qrupun sahibi Ivan Fornazaric imzalayıb.
“Bizim üçün bu əməkdaşlıq yalnız biznes məsələsi deyil, həm də ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə öz töhfəmizi vermək üçün ətraf mühitin mühafizəsinə investisiyadır. Dövlətin “yaşıl iqtisadi” transformasiyasını sürətləndirmək öhdəliyi ilə bağlı islahatlara dəstək olmağa çalışırıq”, - deyə Aydın Talıbov bildirib.
Bu nəqliyyat vasitələrindən istifadə nəticəsində aylıq qət edilən məsafəyə 130 000 kilometr qənaət edilməsi proqnozlaşdırılır. Yenilik nəticəsində Veysəloğlu Şirkətlər Qrupu atmosferə buraxılan karbon emissiyasını ayda 290 min kq, ildə isə təxminən 3,5 milyon kq azaltmağı hədəfləyir.
Qeyd edək ki, “AVT Logistics” avtomobilləri hər gün 64 min kilometr yol qət edərək Azərbaycanın 4 500 nöqtəsində müştərilərə məhsul çatdırır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















