Bayram günlərində Bakı hava limanına böyük axın
Bakı hava limanı bayram günlərində 160 minə yaxın sərnişinə xidmət göstərib. Təkcə 30 dekabrda 26 min nəfərə yaxın sərnişinə xidmət göstərilib.Heydər Əliyev Beynəlxalq Aeroportunda son 10 gün ərzində 160 minə yaxın sərnişinə xidmət göstərilib ki, da ötən ilin müvafiq dövrünün nəticələrindən 34,7 % çoxdur. 2022-2023 illərin analoji dövründə bu rəqəm 118 min sərnişin təşkil edib.
Marja.az Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, 7 yanvar 2024-cü il tarixləri arasında hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq, fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.
Bu müddət ərzində ən sıx gün 30 dekabr 2023-cü il olub. Həmin gün Bakı hava limanında 21 596 sərnişinə xidmət göstərilib, aviaşirkətlər tərəfindən isə 167 reys həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan bayram günlərində ümumilikdə 35 aviaşirkət 72 istiqamətə uçuşlar yerinə yetirib. Ən populyar istiqamətlər İstanbul, Naxçıvan, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Şarja, Ankara, Sankt-Peterburq və Doha olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























