Bakı Fond Birjası “AzerGold”ın dollar istiqrazlarını listinqə daxil edib

10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Qeyd edək ki, faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların sayı 200 000 ədəd, hər birinin nominal dəyəri 100 USD, illik faiz dərəcəsi 6%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti 90 təqvim günündən birdir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
35 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 38 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
