“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə fəaliyyət dairəsini genişləndirməyə davam edir.
2022-ci ilin iyunundan Dövlət Gömrük Komitəsinə (DGK) məxsus e.customs.gov.az portalında elektron gömrük xidmətlərindən istifadə edən SİMA İmza sahibləri, artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də eyni xidmətlərdən istifadə edə bilərlər.
Belə ki, DGK ilə aparılmış birgə işlər nəticəsində “SİMA İmza”nın komitəyə məxsus “Smart Customs” tətbiqinə inteqrasiyası uğurla tamamlanıb. Vətəndaşlar və fərdi sahibkarların “Smart Customs” tətbiqində şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olması imkanı yaradılıb. Bunun üçün istifadəçinin mobil cihazında SİMA tətbiqinin olması kifayətdir.
İstifadəçilər “Smart Customs” tətbiqində aşağıdakı əməliyyatları rahatlıqla icra edə bilərlər:
-Elektron Ticarət - Sadələşdirilmiş bəyannamə verilməsi
-Sərnişinlər üçün sadələşdirilmiş bəyannamə verilməsi
-Gömrük ödənişlərinin hesablanması
-Elektron növbə götürülməsi
-Sürətli keçid əldə edilməsi
-GÖÖEN (Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi) alınması
-Mobil cihazın gömrükdə bəyan edilib-edilmədiyinin yoxlanılması
-Elektron hesab səhifəsi açılması
-DGK-a elektron müraciət göndərilməsi
Qeyd edək ki, “SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















