Fitch enerji qiymətlərində güclü artım gözləmir
Fitch Ratings bu il neft qiymətləri ilə bağlı 80 dollar/barel proqnozunu qoruyub saxlayır və Qırmızı dənizdəki gərginlik səbəbindən irimiqyaslı daşımalarda fasilələr və ya hasilatın azaldılması baş verməsə, qiymətlərdə güclü artım gözlənilmir. Təşkilat, Avropa qazının qiymətləri ilə bağlı proqnozunun dəyişmədiyini bildirib.
Qlobal kredit reytinqi təşkilatı “Fitch Ratings" Qırmızı dənizdə gəmilərin hərəkətinin dayandırılmasının əmtəə bazarlarına təsirini təhlil edib.
Marja.az xəbər verir ki, “Fitch Ratings”ə görə, əgər Qırmızı dənizdə mühüm neft tədarükünə hücumlar artmasa və faktiki neft hasilatında ciddi fasilələr olmasa Brent markalı neftin qiymətinin 2024-cü ildə bir barel üçün 80 dollar təşkil edəcəyini və qiymətlərdə güclü artım olmayacağını gözləyir.
BP, Shell, QatarEnergy və bir çox gəmiçilik şirkətləri Süveyş kanalı vasitəsilə tranzitini dayandırıb və marşrutlarını dəyişiblər. Təchizat zəncirləri alternativ marşruta uyğunlaşmalıdır. Bunun müvəqqəti də olsa, neft və qaz bazarlarına təsir edə biləcəyi gözlənilir. Lakin bunun qiymətlərə əhəmiyyətli təsir göstərməyəcəyi təxmin edilir.
Fitch Ratings də 2024-cü ildə Avropa qaz qiymətləri (TTF) üçün 12 dollar/mcf proqnozunu saxlayır.
Avropanın kimya sənayesi Asiyadan xammal idxalından daha çox asılıdır. Qırmızı dənizdən daşınmalarda gecikmələr səbəbindən bu sektorun tədarükün kəsilməsindən daha mənfi təsir görməsi riski var.
Qırmızı dəniz vasitəsilə gübrə ixracı qlobal kalium bazarının təxminən 7 faizini və dünya fosfat bazarının təxminən 5 faizini təşkil edir.
Nəqliyyat xərcləri gübrə qiymətlərinin təxminən 10 faizini təşkil edir, buna görə də artan yükdaşıma tariflərinin gəlirliliyə təzyiq göstərəcəyi gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
10 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
11 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
13 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
14 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
15 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
