Azərbaycan Akkreditasiya Mərkəzi sınaq laboratoriyaları üçün təlimlər keçirib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Türkiyə Akkreditasiya Agentliyinin (TÜRKAK) birgə təşəbbüsü ilə sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyi və etibarlı nəticələrinə dair tələbləri ehtiva edən ISO/IEC 17025 standartı üzrə təlimlər təşkil olunub.
Mərkəzin yaydığı məlumatda bildirilir ki, təlimlər zamanı, həmçinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının tələbləri və AzAK-ın yenilənən idarəetmə sisteminin sənədlərinə dair izahlar təqdim edilib.
22-24 yanvar tarixlərində interaktiv formatda təşkil olunan təlimlərdə 70-ə yaxın sınaq laboratoriyasının 150 əməkdaşı iştirak edib.
Təlimlərdə laboratoriyaların fəaliyyətində mövcud çətinliklər və həlli yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Təlimlərin təşkil olunmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən sınaq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, AzAK-ın İLAC-a tamhüquqlu üzvlüyü zamanı sözügedən laboratoriyaların nəticələrinin beynəlxalq səviyyədə tanınmasının təmin olunmasıdır.
Sonda təlimi uğurla başa vuran iştirakçılara AzAK tərəfindən sertifikatlar təqdim edilib.
Məlumat üçün bildirək ki, maarifləndirici tədbirlər AzAK və TÜRKAK arasında 18.02.2022-ci il tarixində məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)







