Amazon iRobot-u almaqdan imtina etdi - 1,7 milyard dollarlıq müqavilə ləğv edildi
Amazon robot tozsoran istehsalçısı iRobot-ı almaq qərarından imtina edib. Amazon müqavilni ləğv etdiyi üçün iRobot-a 94 milyon dollar ödəməyə razılaşıb. iRobot-un mart ayının sonuna qədər işçilərinin təxminən 31 faizini işdən çıxaracağı gözlənilir.
ABŞ-ın e-ticarət nəhəngi Amazon, robot tozsoran istehsalçısı iRobot-u 1,7 milyard dollara almaq qərarından imtina edib.
Marja.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası Amazon-a iRobot-u əldə etmək təklifinin robot tozsoranlar bazarında rəqabəti məhdudlaşdıra biləcəyi barədə ilkin rəyini bildirmişdi. Avropa İttifaqı rəsmiləri bu alışın rəqabətə mənfi təsir edəcəyini düşünürlər və buna görə birləşmə müsbət qarşılanmadı.
Amazon həmçinin müqavilənin ləğvinə görə iRobot-a 94 milyon dollar ödəməyə razılaşıb. Bundan sonra proses iki şirkət tərəfindən rəsmi olaraq dayandırılıb.
"Amazon-un iRobot-u satın almasının davam edə bilməməsindən məyus olduq", - Amazon-un baş vitse-prezidenti və baş müşaviri David Zapolsky deyib və əlavə edib:
"Biz ev robotlarının gələcəyinə inanırıq və həmişə istehlakçıları sevindirən iRobot məhsullarının pərəstişkarı olmuşuq. Onlar insanların həyatlarını yaxşılaşdırmaq üçün problemləri həll edirlər."
iRobot bildirir ki, satınalma əməliyyatının ləğv edilməsi yenidənqurma planı tələb edəcək. iRobot-un martın sonuna qədər şirkətin işçi qüvvəsinin təxminən 31 faizini işdən çıxaracağı gözlənilir.
iRobot-un baş direktoru Kolin Anql direktor vəzifəsindən istefa verib və iRobot-un baş hüquq direktoru Qlen Vaynşteyn müvəqqəti direktor təyin edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 46 d. əvvəl
-
50 d. əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
4 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
6 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
7 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
7 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
